Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yeni müharibe ehtimalı kifayet qeder real görünür” — -XƏBƏRDARLIQ

22 Eylül 2016
ekindex
12:32 pm


22/09/2016 [16:29]: xeber –
Son günlər Ermənistan ordusu hərəkətlənib.Ermənistan ordusu İrəvanda hərbi parad keçirməklə yanaşı cəbhəyanı ərazilərdə də təlimlər keçirir. Xüsusən Ağdam istiqamətində keçirilən təlimlər hiss ediləcək səviyyədədir. Ağdam sakinləri təlimlər başlayan zaman yenidən döyüşlərin başladığını hesab ediblər, ancaq sonradan bunun təlim olduğu bildirildi.Ermənistan təlimlərə başlayandan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyində bununla bağlı müşavirə keçirildi. Nazirin göstərişi ilə erməni ordusuna aid obyektlər müşahidəyə alınacaq, hərəkətdə olan texnikalar isə dərhal vurulacaq.Bundan əlavə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü bildirib. Elmar Məmmədyarov deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.Ermənistan ordusunun son zamanlar fəallığı və bölgədə baş verə biləcək hadisələr barədə politoloq Qabil Hüseynli danışıb:”Bu təlimlərin birinci məqsədi 2-5 aprel döyüşlərinin ermənilərdə yaratdığı ruh düşkünlüyü, qorxu hissini aradan qaldırmaqdır. Ermənistan öz əhalisinə göstərməlidir ki, arxasında Rusiya kimi nəhəng bir dövlət var, yeni silahlar alıb. Bu silahlar guya ölkələr balansında Ermənistanın xeyrinə kəskin dəyişikliklər edib. Hətta bundan istifadə edərək təmas xətti boyunca təlimlər keçirməyə belə cürət edib. Bu təlimlərin bir məqsədi də, Azərbaycan tərəfində ruh düşkünlüyü yaratmağa yönəlib. Ermənistan bununla demək istəyir ki, biz güclüyük, müharibəyə hazırıq, istənilən döyüşlərdə qalib gəlməyə imkanımız çatar. Bütün bunlar hamısı erməni cəmiyyətinin gözünə kül üfürməkdir. Bu, aciz vəziyyətdə qalmış ölkənin müharibəqabağı təbliğatıdır.Ermənilər gözəl bilir ki, indiki şəraitdə danışıqları hansı formada olursa olsun pozmaq ən birinci şərtdir. Çünki danışıqlar prosesi işğal edilmiş rayonların bu və ya digər formada geriyə qaytarılması ilə nəticələnəcək və ermənilər işğal etdikləri torpaqları geriyə qaytarmalı olacaqlar. Bu da erməni cəmiyyətində kəskin qarşıdurma meyilləri yaradacaq. Hətta Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcək.Belə görünür ki, Rusiya Sarkisyan hakimiyyətinə alışıb və Sarkisyanı itirmək istəmir. Bu səbəbdən də, 2-5 aprel müharibəsindən sonra hər gün Dağlıq Qarabağ problemi ilə məşğul olacam deyən Putinin səsi-sorağı çıxmır. Rusiya bu azmış kimi Ermənistana çox təhlükəli silahlar ötürməyə başlayıb. 200 milyon kredit adı altında bu günə qədər Rusiya Ermənistana milyardlarla dollar dəyərində silah-sursat göndərib. Rusiya uğursuz cəhdlər edir ki, göndərdiyi silah-sursat Ermənistan ərazisindəki rus qoşunlarına verilir. Ermənilər rusları yaxın zamanda ifşa etdi ki, silahları Rusiya verib və bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulub. Erməni təbliğatı isə bu silahlar vasitəsi ilə hədə mesajları verməyə başlayıb.Görünür ki, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa, heç bir nəticə verməyəcək. Ermənilər hazırda tamamilə başqa bir istiqamətə kökləniblər. Ermənilər elə düşünür ki, 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər.Rusiya Azərbaycana silah satmaq istəyir və bundan da çox böyük gəlir götürür. Hazırda Rusiyadan silah alan ölkələrin sayı çox azalıb. Rusiyadan silah alan ölkələr içərisində Azərbaycan ön sırada gəlir. Rusiyaya pul lazımdır. Bu pulu əldə etmək üçün ən gözəl mənbə hərbi sənaye kompleksinin inkişafıdır ki, silahları münaqişə olan ölkələrə satsın. Azərbaycan bu dəfə fərqli davranacaq. Azərbaycan texniki parametrlərinə görə, yeni texnologiyalara dayanan silahlar almağa üstünlük verir. Azərbaycan bundan sonra Rusiya silahlarından daha üstün silahlar əldə etməyə çalışacaq. Bu istiqamətdə İsraillə əməkdaşlıq çox sərfəlidir. Yaxın zamanda Azərbaycanda silah sərgisi keçiriləcək. Həmin sərgidə İsrail yeni, texnoloji üstünlüklərə malik, dünyada analoqu olmayan silahlarla təmsil olunacaq. Eyni zamanda İsraillə danışıqlar gedir ki, Azərbaycan həmin silahları almaqla yanaşı, o silahların Azərbaycanda istehsalını da təmin edəcək. Hazırda Azərbaycanda İsraillə müştərək bir sıra müasir silahların istehsalı davam edir. Həmin silahlar Ermənistanda yoxdur.Azərbaycan İsraildən əlavə Pakistanla da hərbi əməkdaşlığa maraqlıdır. Pakistan Azərbaycana müasir tipli, Çinlə birgə istehsal edilmiş qırıcı təyyarələr göndərməyə hazır olduğunu bildirib. Həmin təyyarələr bir sıra texniki üstünlükləri ilə yanaşı, həm də qiymət baxımından da kifayət qədər rus təyyarələrindən ucuz qiymətədir. Azərbaycanın başqa çıxış yolu yoxdur, ordu sürətlə yeni silahlarla təmin edilməlidir. Ordumuz təlimlərə ara verməməlidir. Müdafiə Nazirliyində keçirilən müşavirədə Ermənistanın bütün hərbi obyektlərinin müşahidə altına götürülməsi və onların məhv edilməsi üçün indidən tədbirlər görülməsi haqqında göstəriş verilib. Azərbaycanın buna imkanı var.Yeni müharibə ehtimalı kifayət qədər real görünür. Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya ümumiyətlə son zamanlar danışıqların keçirilməsi barədə fikirlər də səsləndirmir. Yaxasını hər şeydən kənara çəkib əl altından, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla, bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstan quru yolu ilə göndərilir. Gürcüstan tərəfi Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır.Çox təəssüflər olsun ki, Cənubi Qafqaz yenidən qarışa bilər. Bu dəfə artıq 2-5 aprel müharibəsinə bənzəyən bir müharibə olmayacaq. Bu dəfə Ermənistanla Azərbaycan arasında olacaq müharibə irimiqyaslı, son qələbəyə qədər olan müharibə olacaq. Rusiya göz önünə almalıdır ki, həm əhali ehtiyatları, həm ordusunun sayı, hərbi potensialı yüksək olan Azərbaycan bu müharibəni uduzmayacaq. Müharibə zamanı Türkiyə müəyyən dəstək verəcək, Pakistan mütləq bu müharibəyə müdaxilə edəcək, Səudiyyə Ərəbistanı Azərbaycana hər cür yardım əli uzadacaq. Rusiya elə düşünür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyini Ermənistana verəcək və bunun köməyi ilə Azərbaycana qarşı müəyyən qüvvə formalaşdıracaq. Rusiya çox ciddi surətdə yanılıb ki, bu dəfə ruslar erməniləri yenidən üstümüzə göndərsə, bütün müsəlman dünyasının müqaviməti ilə rastlaşacaq. Rusiya Suriyadan da qorxulu bir cəbhə ilə baş-başa qalacaq.Azərbaycan xalqının əzmini biz 2-5 aprel müharibəsində gördük. 2-5 aprel müharibəsi zamanı mülki əhalinin zorla müharibəyə getmək əzmini gördük. Ermənilər bilməlidir, Azərbaycan xalqı elə bir xarakterə malikdir ki, ayağa qalxsa, onun qarşısında heç bir güc dayana bilməyəcək. Rusiya həyasızlıq edərsə, ABŞ və Avropa İttifaqı da Azərbaycanı ən azından siyasi səviyyədə dəstəkləyəcək. Əgər müharibə olarsa, Cənubi Qafqaz Rusiyanın bel sütununu qırmaq üçün döyüş meydanına çevrilə bilər”.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler