Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni menzil mülkiyyetçileri müşterek cemiyyetleri yaradılıb

26 Temmuz 2016

2:56 pm


26/07/2016 [18:52]: xeber –
 İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir. Belə ki, Nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq Bakıda və regionlarda çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir. Bundan başqa, Nazirliyin əməkdaşları çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə müzakirələr aparır, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) təşkili istiqamətində tövsiyələr verir, bu mövzuya aid maarifləndirici broşürlər və materiallar paylanılır, MMMC-lərin yaradılmasının qanunvericilikdə nəzərdə tutulmuş əsasları izah edilir. Görülən işlərin nəticəsidir ki, 2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib, bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb. Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler