Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yene Obamaya Hüseyn deyib, azca ümidimizi yaşadırdıq”

09 Kasım 2016

3:32 pm


09/11/2016 [19:28]: xeber –
“Təhlillər başladı. Trampın seçilməsinin mümkün fəlakətlərini sadalamağa daha üstünlük verirlər. Məncə burada bir dövlət olaraq Sloveniyanın bəxti gətirdi. ABŞ-ın yeni birinci xanımı həyat yoldaşının diqqətini bu ölkəyə yaxşı mənada yönəldə bilər. Güzəştsiz kreditlər, xüsusi münasibət, filan…Seçkilərin nəticəsiinə münasibətimə gəldikdə isə, qeyd edim ki, dünən Sabunçu körpüsündə bu saatlarda tıxacda qalmışdım. Dünən ABŞ-ın prezidenti Obama idi. Bu gün də bayram günü yenə də eyni körpüdə tıxacdayam. Yenə ABŞ-ın prezidenti Obama sayılsa da, gələcək prezidentlik artıq Trampa məxsusdur. Tıxac isə davam edir. Məsələyə bu kontekstə baxmaq daha məqsədəuyğundur. ABŞ-da kimin prezident olmasının bizim tıxaca təsiri olmayacaq. Binəqədi yolundakı yağış gölünün təyinatına isə ümumiyyətlə bu seçkilər təsir göstərməyəcək. Bir də ki, atası alman, anası şotland, yenə Obamaya Hüseyn deyib, yarımüsəlman deyib azca ümidimizi yaşadırdıq. Ümidsiz də olsaq, başımızın salamatlığı üçün dünyanın superdövlətinin başçısını təbrik etməyimiz çox-çox vacibdir.”Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler