Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yegane ümid dövlet yardımınadır”

06 Ekim 2016

11:32 am


06/10/2016 [15:29]: xeber –
“Hazırda reallıq
bundan ibarətdir ki, sərbəst bazar olmadığına görə media reklam ve digər qanuni
pul gəlirlərindən məhrumdur. Ona görə də yeganə ümid dövlət yardımınadır. Bu baxımdan elektron
medianın vəziyyəti daha ağırdır, çünki burada reklam
daha məhdud
və daha ucuzdur”.

 

Bunu sayta
tanınmış media eksperti Qulu Məhərrəmli onlayn mediaya dövlət yardımı
məsələsini şərh edərkən bildirib.

 

Qulu Məhərrəmli
deyib ki, indi onlayn mediaya dövlət yardımının ayrılması məsələsinin gündəmə
gəlməsi çox aktualdır: “Amma indi bizdə elektron mediada say çoxdur, iki mindən
çox sayt, portal, radio, TV və sairə fəaliyyet göstərir. Təbii ki, bunların
hamısına pul vermək çətin olar, bəs onda seçim, kriteriya necə olmalıdır? Bu
yardım müstəqil və tənqidi mediaya veriləcəkmi? 
Seçimi və dəyərləndirməni kim aparacaq? Məncə, bu suallara aydın ve ədalətli
cavab verilsə, hesab edirəm ki, elektron mediaya dövlət yardımının ayrılması
çox effektli ola bilər”.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler