Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yegane dövletik ki, bizde qaçqınlarla bağlı Dövlet Komitesi var”

21 Haziran 2016

7:44 am


21/06/2016 [11:41]: xeber –
Dünən 20 iyun-Ümumdünya
Qaçqınlar Günü dünyanın bir çox ölkəsində qeyd edildi, qaçqın probleminin
yaranma səbəbələri, bu problemin həlli yolları müzakirə edildi. Maraqlıdır, Azərbaycanda
qaçqın və məcburi köçkünlərə dövlət səviyyəsində yetərincə qayğı göstərilirmi? Bu
istiqamətdə görülməsi gərəkən daha hansı işlər var?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov
dövlətin bu sahədə həyata keçirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, qaçqın
və məcburi köçkünlərə mütəmadi surətdə qayğı və diqqət göstərildiyini
vurğuladı:

“Azərbaycanda qaçqın və məcburi
köçkünlərə dövlət qayğısı yüksək səviyyədədir. Bu qayğının səviyyəsi dünyanın
inkişaf etmiş, qabaqcıl ölkələrindən belə qat-qat artıqdır. Azərbaycanda 1
milyon 200 min nəfər məcburi köçkün var. Təbii ki, onların bütün problemlərini
bir dəfəyə və ya bir günə həll etmək mümkün deyil. Məcburi köçkünlərdən ötrü
100-ə qədər qəsəbə tikilib.

Mənzil sayı bir neçə yüzdən
tutmuş bir neçə minə qədər olan qəsəbələr var. Bunlar olduqca böyük işlərdir. Bu
qəsəbələrin hamısında bütün gərəkli infrastruktur yaradılıb. Su, qaz, elektrik
təchizatı yüksək səviyyədə təşkil edilib, xəstəxanalar, məktəblər, mədəniyyət
evləri yaradılıb. Çox böyük işlər görülüb və görülür. Azərbaycan dünyada yeganə
dövlətdir ki, bizdə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi var. Cənab prezidentimizin rəhbərliyi altında Dövlət Komitəsi böyük
işlər görür. Avropa dövlətləri cəmi 100 min miqrantı qəbul edə bilmədi. Amma Azərbaycanda
1 milyondan çox qaçqın var. Bunların hamısına dövlət tərəfindən mütəmadi diqqət
göstərilir. Onlara aylıq yemək xərci verirlər. Onlar kommunal xərclərdən azaddırlar,
məcburi köçkün tələbələri təhsil haqqından azad edilib və s. Bu, dövlətimizin məcburi
köçkünlərə olan sistemli və davamlı qayğısının göstəricisidir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler