Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

 Yazıçılar niye Rövşen Lenkeranskini müzakire edir? 

23 Eylül 2016

10:20 am


23/09/2016 [14:19]: xeber –
Yazıçı Şərif Ağayar və Qan Turalı Facebook sosial şəbəkəsinin canlı yayımında “Rövşən Lənkəranksi və kitab” mövzusunda danışdılar ki, bu da müyyən narazılığa səbəb oldu. Narazı şəxsləri bir məsələ maraqlandırırdı: iki yazıçı, iki ciddi adam niyə kriminal avtoriteti müzakirə etməlidir ki? sayt məsələ ilə bağlı yazıçı Qan Turalının mövqeyini öyrənib. Qan Turalı deyib ki, yazıçı üçün qadağan mövzu yoxdur: “Olmamalıdır. Lakin mənə elə gəlir ki, insanlar mövzu ilə münasibəti qarışdırır. Yazıçı istədiyi mövzunu seçməkdə sərbəstdir. Lakin ona münasibəti ədalətli, modern və arqumental olmalıdır. Bu gün biz tarixə dönüb baxanda Mirzə Cəlilin bəzən ən adi məişət məsələləri ilə bağlı yazılarını görürük. Bu yazılar yüksək bədii istedad görürük. Biz cinayətkar aləmi təbliğ etmirik. Biz sadəcə bu tendensiyanı, bu sosial reallığı müzakirə edirik.  Məgər bunların fərqini anlamaq çətindirmi?”Qan Turalı narazılıq edən adamlara məsləhət də verib: “Bu məsələ haqda narazılıq edənlər varlığını sizdən eşitdim, özümə belə bir mesaj gəlməmişdi. Amma o adamlara məsləhət görərdim ki, gedib Ekonun striptiz haqqında yazdığı “Sokrat sayağı soyunmaq” məqaləsini oxuyalar. O zaman bəlkə aydınlanıb nirvanaya çatar və mahiyyət xarakterli mövzular haqda düşünməyə başlayarlar. Onu oxumağa hövsələsi və qanacağı çatmayanlar türk pornosu haqqında Birandın araşdırmasına baxsınlar. Mövzu yox, ona münasibət bizi təyin edir. Ən qısa şəkildə mətləb bundan ibarətdir”.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler