Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yasin Aktay: “Rusiyanın “Su-24” teyyaresini vurmaq qerarı göyde verilib”

21 Temmuz 2016

7:08 pm


21/07/2016 [23:07]: xeber –
Rusiya məxsus “Su-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib. Bunu “Sputnik”ə müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay deyib.“Təyyarəni vurmaq qərarı havada verilib. Bu cür qərarı pilot, gücdən istifadə etmək qaydalarını rəhbər tutaraq, özü verir. Lakin o, hava məkanını qısa müddətlik pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər”, – deyə Yasin Aktay qeyd edib. Bununla belə o, ölkənin hava məkanının pozulmasını və bu cür halların təkrarlanmasının yolverilməz olduğunu deyib: “Bizim gücdən istifadə qaydalarımızı şübhə altına qoymamaq üçün ölkə rəhbərliyi pilotun hərəkətlərini dəstəkləyib”.   Qeyd edək ki, bundan əvvəl  Türkiyədə Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilotların saxlanıldığı bildirilib. Onların  hərbi çevrilişə cəhdlə əlaqəli olduqları bildirilir.  (apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler