Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yaşayırsa, görüntüsünü yaysınlar…” – Ölüm xeberini yayan agentlik

30 Ağustos 2016

9:56 am


30/08/2016 [13:53]: xeber –
Prezident İslam Kərimovun ölməsi ilə bağlı ilk xəbəri yazan Özbəkistanın “Ferqana” agentliyinin baş redaktoru xəbərin doğru olduğunu bəyan edib.sayt xəbər verir ki, baş redaktor Daniil Kislov bildirib ki, “Ferqana” yayılan məlumatın etibarlılığına cavabdehdir, hökumət isə yaxşı olardı ki, bu situasiyada susmasın: “Mən təklif edirəm ki, Özbəkistanın rəsmi mənbələri, hökumət, prezidentin mətbuat xidməti ya onun xəstəliyi ilə bağlı tibbi arayışı yayımlasın, ya da xəstəxana palatasından onun sağ olduğuna dair görüntü yaysın”. Xatırladaq ki, dünən agentlik öz mənbəsinə istinad edərək 78 yaşlı prezidentin ölüm xəbərini yaymışdı. Lakin prezident aparatındakı mənbə “Ria Novosti”yə açıqlamasında xəbəri təkzib etmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler