Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaşasaydı 20 yaşı olacaqdı: Sumqayıtlı şehidin doğum günü

28 Temmuz 2016

3:00 pm


28/07/2016 [18:58]: xeber –
Bu gün aprel döyüşlərində şəhid olan Şulan Bayramovun doğum günüdür . Bu münasibətlə şəhidin ailə üzvləri, qohumları Şəhidlər Xiyabanını ziyarət ediblər.Şulan Bayramov 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.Aprel döyüşlərində şəhid olan Şulan Bayramov Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb./xeberle.com/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler