Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yaşar bacarığının çox cüzi hissesini göstere bildi”

03 Eylül 2016

9:08 am


03/09/2016 [13:05]: xeber –
Bu gün mərhum Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 65-ci ildönümüdür. 1951-ci ilin 3 sentyabrında Bakıda anadan olan aktyor, 2012-ci ilin noyabrında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Yaşar Nuri Azərbaycan kinosunda, teatrında, həmçinin televiziyasında bir-birindən maraqlı yüzə qədər obrazı canlandırıb. İki dəfə “Qızıl dərviş”,  bir dəfə Dövlət Mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. Onun filmlərdə və televiziya tamaşalarında səsləndirdiyi sitatlar bugün də hamının dillər əzbəridir.Mərhum aktyorun yaxın dostu, onunla birlikdə  bir çox film və tamaşalarda çalışmış Xalq artisti Ramiz Həsənoğlu sayt – a açıqlamasında Yaşar Nuri haqqında maraqlı fikirlər səsləndirib:“Hər bir fitri istedadın vaxtından tez həyatdan getməsi sənət üçün ağır itkidir. Onunla sənətdə keçirdiyim hər bir an unudulmazdır.  Yaşar bacarığının çox az, çox cüzi hissəsini həyata keçirə bildi. Onda olan fantastik istedad daha çox şeyləri vəd edirdi. Sədd heyf…”Rejissor müəllifi olduğu  ekran əsərlərinin hansında Yaşar Nurinin daha gözəl çıxış etməsi ilə bağlı suala belə cavab verir:“Mən “Ordan-burdan”ı çəkəndə Yaşar yaradıcılığının zirvə nöqtəsində idi. Bu zirvəyə yürüş “Yollar görüşəndə” televiziya  tamaşasından sonra başlamışdı. “Ac həriflər” və “Nigarançılıq”və s. kimi ekran əsərlərində də birgə işimiz uğurla davam etdi”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler