Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaralı Yurdum Qarabağ…

27 Ağustos 2016

10:52 am


27/08/2016 [14:49]: xeber –
Qarabağ qoxusu gəldi burnuma, Daşlıdır yolları keçə bilmirəm. Yayda buz kəsilən çaylar qoynuna, Dalıb bircə ovuc içə bilmirəm.Qədimdir Şuşanın qala divari, Keçəməzdi ondan xain süvari, Hər dağı, dərəni, bütün çivarı, Xəyalımla gəzib uça bilmirəm .Şəhıdlər yurdudur Xocalı kəndi, Övladları öldü, kəsildi bəndi, Düşmənın başında çatlasın fəndi, Baş alıb qəmimdən qaça bilmirəm.Laçın, Kəlbəcərin uca dağına , Obalı yaylaqlı dastan çağına, Süsənli sünbüllü çiçək bağına, Umidləri əkdim biçə bilmirəm.Ağdam Fizulinin tərifi yoxdur, Zəngəzur elinin dərdləri çoxdur, Qubadlı, Zəngilan bağrımda oxdur, Dərdimi kimsəyə aça bilmirəm.Cəbrayıl, Xocavənd xalqı hardadır, Ağdərə, Xankəndi başı dardadır, Yaralı ürəyim burda zordadır, Deyim hansı dərdi seçə bilmirəm.İltimas İsmayıl24.08.2016


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler