Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaradıcılıq fondu yaradıcılığa ne kömek edir?

24 Eylül 2016
9:52 am


24/09/2016 [13:51]: xeber –
Azərbaycanda yaradıcı sahəyə dəstək vermək üçün dövlətin yaratdığı təşkilatların fəaliyyəti daim tənqid olunur. Azərbaycan Yaradıcılıq Fondunun isə “Quran motivləri əsasında hekayə müsabiqəsi” bəzi yazıçılar tərəfindən tənqidlə qarşılanmışdı. sayt Yaradıcılıq Fondunun fəaliyyəti ilə bağlı fondun mətbuat katibi Ağa Cəfərli ilə müsahibəni təqdim edir.– Bildiyim qədərilə Yaradıcılıq Fondu Sovet dövründə yaradılmış Azərbaycan Mədəniyyət Fondunun varisidir. Sonradan adı dəyişdirilib. İstərdim bir az bu barədə məlumat verərdiniz.– Bəli, fond 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Yaradıcılıq Fondu adlanmağa başlayıb. Qurumun təsisçiləri sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Xadimləri İttifaqı, Jurnalistlər İttifaqı, Elmlər Akademiyası, M.F.Axundov adına Milli Kitabxana, Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti var. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev olub. Professor Kamal Abdulla isə o vaxtdan sədrin birinci müavini kimi çalışıb. 1991-ci ildə 2-ci Konfrans keçirilib və idarə heyətinin qərarı ilə professor Kamal Abdulla sədr seçilib. Həmin konfransda çıxış edən yeni sədr belə bir fikir səsləndirir ki, Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub. Biz isə artıq müstəqil dövlət olduğumuz üçün bu fondun tərkibində qala bilmərik. Buna görə də bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etmədi vəmüstəqil qurum kimi fəaliyyət göstərdi. O vaxt Fondda Almaniyadakı “Avropa Türk-İslam Kültür Birliyi”nin nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlayıb.Azərbaycan yaradıcılıq fondunun iş otağıFondun əsas məqsədi Azərbaycanda bütün yaradıcı sahələrin inkişafına, habelə yaradıcılıqla məşğul olan şəxslərin fəaliyyətinə dəstək olmaqdır. Əsasnaməmizdən çıxış etsək fəaliyyət istiqamətlərimiz az-çox aydınlaşacaq: milli xalq yaradıcılığı nümunələrinin araşdırmaq, dünya yaradıcılıq irsini ölkə əhalisinə dolğun şəkildə çatdırmaq, yeniyetmə və gənclərin mənəvi-intellektual səviyyəsinin inkişafına yardım göstərmək, ölkə daxilində və xaricdə sərgilər, konfranslar təşkil etmək, xarici ölkələrdə fəaliyyət göstərən yaradıcılıq fondları və aidiyyəti təşkilatlarla ortaq layihələr həyata keçirmək, xeyriyyə aksiyaları, dəyirmi masalar, kurslar və seminarlar təşkil etmək kimi genişçaplı işlər hamısı bizim üçün prioritetdir.– “Quran motivləri əsasında hekayə” müsabiqəsi də mətbuatda çox müzakirə olundu. Yaradıcılıq Fondu əsas bununla yadda qaldı. Hətta məhz “Quran” motivlərinin ədəbiyyata gətirilməsi də bir çoxları tərəfindən tənqid edildi.– İş olan yerdə tənqid də olacaq. Buna normal yanaşmaq lazımdır. Haqlı tənqiddirsə, bundan nəticə çıxarmağa, yol verilən səhvləri düzəltməyə ehtiyac yaranır. Amma biz adını çəkdiyiniz müsabiqədən sonra daha çox qərəzli yanaşmanın şahidi olduq.Dünya ədəbiyyatında dini motivlər əsasında çox gözəl əsərlər yaranıb. Götürək, Azərbaycanda demək olar ki, hamının adını eşitdiyi Dostoyevski və Tolstoyu. Onlar məhz “İncil” motivləri əsasında fəlsəfi-estetik şedevrlər yaradıblar. Başqa misallar da çəkmək olar. Ancaq düşünürəm ki, elə bu iki ad kifayətdir. Bizim nəsrdə isə bu ənənə çox zəifdir. Bəlkə də bizdə də belə ənənə olsaydı, daha yaxşı nəsr əsərləri yaranacaqdı? Nə bilmək olar?Biz məhz bu ənənəni yaratmaq, inkişaf etdirmək məqsədilə “Quran motivləri əsasında” hekayə müsabiqəsi keçirdik. Çox yaxşı da nəticə verdi. Dini motivlər əsasında yazılmış maraqlı hekayələr ortaya çıxdı və mənə elə gəlir ki, indən belə bu proses davamlı olacaq.Yeri gəlmişkən, istərdim, bu günlərdə nəticələri elan olunacaq,Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi haqqında danışım. Müsabiqə bu dəfə təkcə “Quran”a yox, bütün səmavi kitablara istinad edən poeziya nümunələrini əhatə edir. Bu yanaşma böyük marağa səbəb oldu. Müsabiqəyə 70-ə yaxın şeir təqdim olunmuşdu. Artıq münsiflər heyəti dəyərləndirmə prosesini başa çatdırıb.Onu da deyim ki, gələcəkdə də bu cür müsabiqələr keçiriləcək.Təklif var ki, “Dini motivli qısa film” müsabiqəsi də keçirək. Bunun üzərində fikirləşirik.– Fond bu günə qədər hansı layihələri həyata keçirib?– Belə demək mümkündürsə, ən çox yaşı olan layihəmiz “Sönməyən ulduzlar” teatrıdır. Bu teatr 1990-cı illərdə yaradılıb. O dövrdə siyasi proseslər, Qarabağ hadisələri teatra münasibəti, mədəniyyət tədbirlərini bir növ ikinci plana atmışdı. Məhz buna görə işsiz qalmış, təqaüdə çıxmış məşhur yaradıcı adamlarımızı, xalq artistlərini, əməkdar artistləri bir araya gətirmək üçün bu cür layihə həyata keçirildi. Özünüz bilirsiniz ki, yaradıcı adamlar boş dayana bilmirlər, mütləq öz sənətləri ilə məşğul olmalıdırlar. Təsəvvür edin: Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofa Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdı. Çoxları fikirləşirdi ki, bu qoca adamlar daha teatra lazım deyil. Və sonucda görkəmli adamlarımız həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkirdilər. Bu səbəbdən də 1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədi ilə assosiasiya yaratmağa qərar verildi. Sonradan bu assosiasiyanın adı “Sönməyən ulduzlar”oldu. Bu adın qoyulmasında hədəf yaşlı sənətkarlarımızın sənət ulduzlarının hələ sönmədiyini, onların öz peşələrindən, incəsənətdən uzaqlaşdırılmasının tez və əsassız olduğunu göstərmək idi. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu.”Sönməyən ulduzlar” teatrının bir tamaşası1998-ci ildə isə “Sönməyən ulduzlar” teatrı yarandı. Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov idi. Vaxtilə o, A. İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında S. Vurğunun “Vaqif” əsərini tamaşaya qoymuşdu. “Sönməyən ulduzlar” teatrında da ilk olaraq elə bu əsər səhnələşdirildi. Tamaşada Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynandı. Uğurla keçən bu tamaşadan sonra Məmmədkamal Kazımov C. Cabbarlının 100 illiyi münasibəti ilə“Solğun çiçəklər” əsərini səhnələşdirdi. Bu tamaşa da çox yüksək səviyyədə keçdi. M. Kazımov dünyasını dəyişəndən sonra teatrın baş rejissoru tanınmış sənətkar Hafiz Fətullayev oldu. Qısa müddət ərzində o, Şıxəli Qurbanovun məşhur “Sənsiz” əsərinihazırladı.İndi isə teatra əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı rəhbərlik edir. 2014-cü il iyun ayının 16-da Teatr Xadimləri İttifaqının tamaşa zalında “Sönməyən ulduzlar” teatrının ifasında dahi Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası nümayiş olunub. “Sönməyən ulduzlar” teatrının ifasında göstərilən tamaşadan əldə olunan vəsait qocaman mədəniyyət xadimlərinə verilib.– Bir ara gənc yazıçıların kitablarını da çap edirdiniz. Bu layihə davam edir, yoxsa artıq yekunlaşıb?– Düşünürəm ki, həmin layihə çox maraqlı, əhəmiyyətli və faydalıdır. Bu layihə çərçivəsində “Yaradıcılıq Fondunun kitabxanası” seriyasından Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı” , Fəridə Məmmədovanın “Sevgili üçün notlar” , Alik Əlioğlunun “Günəş qalib gəldi” , Ramilə Qurbanlının“33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı” kitabları çap olunub. Yaxın vaxtlarda yeni kitabların nəşrini nəzərdə tuturuq. Müəlliflər bizə əsərlərini göndərirlər,bu əsərlər ekspertlər tərəfindən dəyərləndirilir və ələkdən keçənləri çapa imzalanır. Üzümüzdə gələn aylarda Aqşin Evrənin, Ulucay Akifin, Fərhad Amurun kitablarını, eləcə də, Qismətin tərcüməsində Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr”ini, bir də kollektiv iş olan “Paris Revyu müsahibələri”ni çap etmək planımız var.Yaradıcılıq Fondunun çap etdirdiyi bəzi kitablar– Belə bir fikir var ki, ədəbiyyat qurumları ətrafında dəstəbazlıq yaradılır. Yaradıcılıq Fondu ətrafında da ayrıca bir dəstəbazlıq var. Bu fikrə münasiəbtiniz necədir?– Bizdə dəstəbazlıq yoxdur. Fondun iki nəşri var: Sim-sim.az və “Multikulturalizm” jurnalı. Hər iki nəşrimizdə heç bir qadağa olmadan hər kəsi çap edirik. Sim-sim.az-ın artıq bir yaşı tamam oldu. Bu sayt demək olar ki, akademik saytdır və çalışırıq ki, reytinq dalınca qaçmayaq. Həmçinin “Multikulturalizm” jurnalının birinci sayı işıq üzü görüb və il ərzində daha 3 sayı çap olunacaq. Hər iki orqanımızda kimliyindən, tutduğu vəzifədən asılı olmadan hər kəs çap edilir. Əsas odur ki, istedadlı mətn ortaya qoyulsun.Ümumi qənaətimiz də budur ki, hamını çap etməliyik. Hamını çap etməyə hazırıq, amma təbii, hər şeyi yox.(Oxu Zalı)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler