Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yaradan varsa bele, İslamın onunla heç bir elaqesi yoxdur”

14 Ekim 2016

9:08 am


14/10/2016 [13:05]: xeber –
“Morqan Frimanın müsəlman olmasına inanmıram. Yəqin, nəsə səhv anlaşılıb. O, əslində ateist də deyildi, bütün dinlərdən eyni məsafədə duran aqnostik idi. “National Geographic” kanalı üçün çəkdiyi “The Story of God” sənədli serialında bu, açıq görünürdü”.Bunu sayta açıqlamasında ateist kimi tanınan jurnalist Vüsal Məmmədov  dünyanın məşhur ateisti olan aktyor Morqan Frimanın İslam dinini qəbul etməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bidirərəkən deyib. V.Məmmədov  “Nə zamansa siz də belə bir gözlənilməz addım ata bilərsinizmi?” sualımızı da cavablandırıb: “Mənə gəlincə, məqsədim özümü fərqli göstərmək, dikbaşlıq eləmək deyil. Sadəcə olaraq, dünyaya elmi təfəkkür tərzi ilə yanaşmağın tərəfdarıyam. Din – mifoloji təfəkkürün məhsuludur, sivil insanlıq üçün keçilmiş mərhələdir. Yaradan varmı, yoxmu – bu, ayrı sualdır, biz bunun cavabını tam  bilmirik. Mən də, əlbəttə ki, buna əmin deyiləm, hətta dərindən yanaşsam, bəlkə də hansısa qlobal ideya kimi Yaradanın olduğunu istisna etməməyə daha meyilliyəm. Yəni deizmə meyilli aqnostikəm, həmişə də belə olmuşam. Fəqət anlamaq lazımdır ki, “Yaradan var, ya yox” sualı dinə aid sual deyil. Dinə aid sual budur: Əgər həqiqətən Yaradan varsa, o, Məhəmməd adlı bir ərəbi özünün elçisi seçibmi? Bu suala mənim qəti və birmənalı cavabım var: YOX! Yəni hətta Yaradan varsa belə, İslam dininin onunla heç bir əlaqəsi yoxdur, bu, sami xalqlarının mifolojji təfəkkürü üzərində qurulmuş mənasız və vaxtı keçmiş bir inanc sistemidir. Ondan nə qədər tez qurtulsaq, cəmiyyət üçün o qədər faydalı olar”.Xatırladaq ki,  4 dəfə Oskar mükafatı qazanmış aktyor Morqan Frimanın dünən Londonun Əl-Xoyi  məscidində Aşura mərasiminə qatılıb. Aktyor İmam Hüseynin həyatı, Kərbəla faciəsi ilə bağlı deyilənlərə maraqla qulaq asdıqdan sonra məscidi tərk edib. Bu, müsahibələrində Allaha inanmadığını deyən aktyorun  İslam dinini qəbul etməsi haqda söhbətlərə səbəb olub.  Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler