Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaqub Peyğember oğlanlarını bed nezerden bele qorudu…

11 Ekim 2016

2:52 pm


11/10/2016 [18:50]: xeber –
(Yazının əvvəlini bu linkdən oxumaq olar: http://moderator.az/news/154180.html )“Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!” “Quran”, “Yusif” surəsi, 68.Yaqub Peyğəmbərin həyatında diqqət çəkən məqamalardan biri də onun oğlanlarını bəd nəzərlərdən qorumasıdır. Belə ki, o, on bir oğlunu Misirə ərzaq dalınca göndərərkən, tapşırdı ki, hamınız şəhərin eyni qapısından daxil olmayın – yarınız bir, yarınız da digər qapıdan girin; sizə göz dəyməsin. Bu barədə “Quran”ın “Yusif” surəsində Allah belə buyurur:“Yəqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun sizə göz dəyməsin. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” 12:67 Aydındır ki, “Quran” əslində peyğəmbərlərə yox, öz oxucusuna müraciət edir və sətiraltı (kodlaşdırılmış) mesajlar verir. Bu ayədə Allah-təala Öz oxucusuna Yaqub Peyğəmbərin dili ilə mesaj ötürür ki, özünüzü bəd nəzərlərdən (neqativdən) qoruyun. Elmi-lədun araşdırmalarımız göstərir ki, insanlar bu mesajı diqqətə almadıqlarına (əhəmiyyət vermədiklərinə) görə bunun ziyanını çkməkdədirlər. Bu bir faktdır ki, sovet dönəmi ilə müqayisədə bu gün müxtəlif xəstəliklər həddən artıq artmışdır. Müqayisə etdiyimiz dövrdə hər rayonda bir, Bakıda isə, cəmi bir neçə xəstəxana vardı. Buna baxmayaraq, bu az sayda xəstəxanalar insanların sağllamlığını təmin edə bilirdilər. Bu gün kəndlərin demək olar hamısında tibb məntəqələri fəaliyyət göstərir; rayon mərkəzlərində xəstəxana ilə yanaşı özəl tibb  müəssisələri və diaqnostika mərkəzləri fəaliyyətdədir. Bakıda isə, xəstəxanaların demək olar ki, sayı hesabı yoxdur – az qala hər addımda bir xəstəxana var. İlk baxışdan fikirləşmək olar ki, belə az əhalisi olan ölkədə bunca xəstəxana varsa, yəqin oralarda xəstə qıtlığı olar və oranın həkimləri bekar qalarlar. Lakin, həmin tibb müəssisələrinə girdikdə bunun belə olmadığını, əksinə, istənilən  həkimin qapısı ağzında uzun-uzun növbələr olduğunu görmək mümkündür. Nəzərə alsaq ki, insanlarımız müalicə üçün İrana və s. qonşu dövlətlərə də üz tutur və bu üzdən sərhəd-keçid məntəqələrində də xəstələrin  belə növbələri var, onda gözlərimiz önündə heyrətamiz mənzərə yaranır. Sual olunur: son illər  nə baş verir ki, cəmiyyətdə bu qədər xəstəlik yaranır? Bu istiqamətdə apardığımız araşdırmalar, sorğular göstərdi ki, bir klinikada həkim növbəsi gözləyən adam keçən aylarda  başqa-başqa klinikalarda müalicə olunubdur. Belə çıxır ki, bu klinikada da müalicə almış adamlar yəqin indi başqa klinikalarda və yaxud sərhəd-keçid məntəqəsində  növbə gözləyirlər… Beləliklə, eyni xəstələr illər uzunu    bir çox klinikalarda həkim növbəsi gözləyirlər…Bəs bunun səbəbi nədir? Həkimlərimizin savadsızlığımı? Müasir diaqnostika aparatlarının çatışmazlığımı? Araşdırmalarımız göstərir ki, səbəb bunlardan heç biri deyildir. Yəni, həkimlərimiz onlara tədris edilmiş elmi heç də pis mənimsəməyiblər; diaqnostika aparatları da kifayət qədər müasir və boldur. Elə isə, bəs niyə bu xəstələr sağalmırlar və karusel kimi klinikalar arasında fırlanırlar? Şübhəsiz ki, bunun sirləri vardır. Yaqub əleyhissəlamın oğlanlarını neqativ təsirlərdən qoruması ayəsini təsadüfən gətirmədim. Nəzərə alaq ki, Allah-təala mənası olmayan bir epizodu “Quran”a salmaz. Elmi-lədun araşdırmalarımız bu gün cəmiyyətdə tüğyan edən və sağalmayan xəstəliklərin sirrinin həmin ayədə olduğunu göstərir: “Yəqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun sizə göz dəyməsin…”.Apardığımız tədqiqatlar göstərir ki, neqativ enerji bütün  xəstəliklərin özülünü (fundamentini) təşkil edir. Yəni, xəstəliyi  binaya bənzətsək, onun fundamenti neqativ enerjidir (pis nəzərlər, magik təsirlər və s.). Xəstə həkimə müraciət edərkən onu diaqnostika aparatlarından keçirib, düzgün diaqnoz qoyurlar və “binanı” sökməyə başlayırlar. “Fundament”ə qədər “sökülmə” çox uğurla gedir, bura çatdıqda isə, müalicə dayandırılır. Çünkü, tibb elmi və diaqnostika aparatları neqativ enerjini təyin etməkdə acizdir. Beləliklə, xəstə özünü sağalmış hiss edir və aparatlar, analizlər də onun sağlamlığını təsdiq edir (bu, çayır bitkisinin gövdəsini kəsib, kökünü saxlamağa bənzəyir). Beləliklə, xəstə evə buraxılır. Lakin, “fundament” qaldığından az müddət keçəndən sonra xəstəlik təkrar daha kəskin formada dirçəlməyə başlayır. Təbii ki, bu vaxt xəstənin beynindən keçən ilk fikir həkimlərin savadsızlığı, onu aldadaraq küllü miqdarda pulunu mənimsədikləri barədə olur. Ona görə də bir çox hallarda pasiyent təkrar həmin klinikaya yox, başqa bir klinikaya üz tutur və yenə də eyni halla qarşılaşır… Beləliklə karusel yaranır. Bu gün tibb müəssisələrində növbələrin yaranmasının sirri məhz budur: “Quran”dan kənar düşməyimiz və orada verilən mesajlara laqeyd yanaşmağımız. Diqqətinizi çox da uzaq olmayan bir keçmişə – 50-60 il bundan qabağa yönəltmək istəyirəm. Hansı ki, həmin dövrdə Azərbaycanda (eləcə də dünyada) tibb elmi inkişaf etməmişdi. Sual yaranır: niyə tibb elmi inkişaf etməyən dövrdə bu qədər xəstə yox idi? Niyə o vaxt xəstlər adi ara həkimlərinin verdiyi müalicəvi otlarla indikindən daha effektli müalicə olunurdular? Bunun səbəbi heç də ara həkimlərinin indiki tibb işçilərindən savadlı olmasında deyildir. Əslində səbəb o vaxtkı insanların xəstələnən vaxt kəramət sahibləri (Allah dostları) ilə təmasda olmasında idi. Bundan qabaqkı yazımda kəramət sahiblərini tester cihazı ilə  boşuna müqayisə etməmişdim (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/153210.html ). Bu cihaz dəyişən cərəyanı sabit cərəyana çevirdiyi kimi, kəramət sahibi də xəstəliyin fundamenti olan neqativ enerjini insandan yox edir və daxili enerjisini sabitləşdirir. Bundan sonra köksüz (özülsüz) xəstəlik ya cüzü müalicə, ya da insanın öz daxili enerjisi ilə əriyib getməyə başlayır. Bəs xəstəliyin fundamenti sayılan neqativi necə təyin etmək olar? Qeyd edim ki, belə insanlarda baş və boyun ağrıları, yuxusuzluq, yuxuda diksinmə; magik təsirdən yarandıqda isə, qaranlıqdan qorxma, qarabasma, qorxulu yuxular görmə və s. kimi hallar özünü biruzə verir.  Dərmanların tərkibində olan keyidici maddələr müalicə vaxtı başağrısının müvəqqəti olaraq dyanmasına səbəb olsa da, müalicə dayandırılarkən bu əlamətlər təkrar görünməyə və orqanizmdə fəaliyyəti dayandırılmış (dondurulmuş) xəstəlik dirçəlməyə başlayır. “Yəqub belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi də  bilirəm!” “Quran”, 12:86Hamınıza sağlamlıq və xoş əhval-ruhiyyə arzusuyla: Paşa YaqubMüəllifin arxivi: //www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler