Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaponiyada yeni xrizantema növü Nazarbayevin şerefine adlandırılıb

07 Kasım 2016

11:16 am


07/11/2016 [15:15]: xeber –
Yaponiyada xrizantema gülünün yeni növünə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə ad verilib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “İzumi (Osaka prefekturası) şəhərində keçiriləcək Ümumyaponiya Xrizantema Festivalına səfər ərəfəsində “Prezident Nazarbayev” brendi altında xrizantemanın yeni növünün təqdimatı olub. Daha öncə xrizantemalara dövlət başçılarının adları verilmirdi, çiçəklərə yalnız “Şərq küləyi”, “Beş imperator” kimi lirik adlar verilirdi”, – məlumatda deyilir. Qeyd edilir ki, “Prezident Nazarbayev” xrizantema növünün özəlliyi qalın gövdə və böyük yarpaqlarının olmasıdır, parlaq ləçəklərdə ibarət olan iri çiçəkdir. Xrizantema Yaponiyada xüsusi məna kəsb edir. Çiçək xoşbəxtlik və müdrüklüyü əks etdirməklə yanaşı, həm də İmperator evinin emblemi, eləcə də ölkənin rəsmi rəmzidir. Ölkənin ali dövlət mükafatları da xrizantema ilə bəzədilib. (Oxu.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler