Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

YAP temsilçisi “Şuşa” konyakından danışdı

31 Ağustos 2016

9:24 am


31/08/2016 [13:20]: xeber –
Xəbər verdiyimiz kimi, bu günlərdə marketlərdə “Şuşa” konyakı peyda
olub. (http://www.moderator.az/news/149742.html
).

Maraqlıdır, uzun illərdir ki, erməni işğalı altında qalan bir şəhəin
adının hansısa spirtli içkiyə verilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı sayt-a açıqlama verən YAP millət vəkili
Aydın Mirzəzadə bunun qanunla qadağan edilmədiyini, fəqət istehsalçıların bu məsələdə
həssaslıq nümayiş etdirməsi gərəkdiyini vurğuladı:

“Bu, qanunla qadağan edilməyib. Bu məsələyə prinsipcə birmənalı baxış
yoxdur. Necə ki, bəzi içilərimizə ayrı-ayrı coğrafi məkanların, tarixi şəxsiyyətlərin
adı verilir. Görünür, bu məsələyə bir qədər həssas yanaşmaq lazımdır. Şübhəsiz
ki, “Şuşa” içdim” və ya “mənə bir “Şuşa” ver” kimi cümlələr bizimçün əcaib səslənə
bilər. Qanunla qadağan edilməsə də, istehsalçılar bu məsələlərə bir qədər diqqətli
və həssas yanaşsalar daha yaxşı olar”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler