Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

YAP-dan növbedenkenar prezident seçkileri ehtimalına  – REAKSİYA 

10 Ekim 2016

1:52 pm


10/10/2016 [17:51]: xeber –
Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı danışan millət vəkili Fazil Mustafa isə referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb.sayt məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun mövqeyini öyrənib. Siyavuş Novruzov bildirib ki, referendumdan sonra bu səlahiyyətlər konstitusiya ilə Azərbaycan Respublikasının prezidentinə verilib: “Referendumun nəticələri təsdiq olunduqdan sonra bu səlahiyyət cənab prezidentindir. Əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər. İstəməsə onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu səlahiyyət prezidentin səlahiyyətidir və mən hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi  məqsədəuyğun deyil”. Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler