Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yanmış bedenini cesedlerin derisi ile sağaltdılar – GÖRÜNMƏMİŞ MÖCÜZƏ

17 Ağustos 2016

2:12 pm


17/08/2016 [18:11]: xeber –
Bədəninin 52 faizi yanan Aleksandra Hollinqsvors adlı gənc qızın dərisini həkimlər ölü donorların dərisi ilə bərpa edib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı qız həmyaşıdları ilə təhlükəli spirti yandırmağa çalışan zaman bədəninin 52 faizi yanıb. Həkimlər qızı xilas etmək üçün onu ölü donorların dəriləri ilə müalicə etməyə qərar verib. 20 dəfə əməliyyat olunan qızın ayaqlarından alınan ətlər qollarına, kürəyinə və qarnına nəql edilib. Cəsədlərdən alınan dərilər isə sinəsində istifadə edilib.  Aleksandra yaşadığı dəhşətli hadisəni belə xatırlayır: “Dəri və gözlərim sanki əriyirdi. Evdən qaçarkən özümü güzgüdə gördüm. Qollarım parça-parça olmuşdu, dərim sallanmışdı. O vəziyyətdə anamın otağına gedib məni xilas emtəsi üçün yalvardım. O, üzümün də yanmasından çox qorxurdu. Daha nə baş verdiyini dəqiq xatırlamıram, günlərlə komada olmuşam”.   Gənc qız 2 ay xəstəxanada yatıb. Depressiyaya düşən Aleksandra aylarla güzgüyə baxmadığını, özünü canavar kimi hiss etdiyini etiraf edib. Hətta intihar barədə belə düşünüb. 3 il ərzində dözülməz kabuslardan sonra saçları yenidən uzanmağa başlayıb. Bu hadisəndən sonra qız özünü yaxşı hiss etməyə başlayıb. Aleksandra donorların kim olduğunu bilmədiyini deyib: “ Donorların dəriləri daha tünd olduğu üçün ilk vaxtlarda özümü çox qəribə hiss edirdim, ancaq başqası soruşmadığı müddətdə yad adamın dərilərinin mənə nəql edildiyi ağlıma belə gəlmir. Əslində, onlara minnətdaram, çünki buna ehtiyacım vardı. Bədənim sağaldığı üçün çox xoşbəxtəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler