Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yanlış amputasiya olunan xestenin sol ayağı da kesilecek

25 Haziran 2016

1:08 pm


25/06/2016 [17:04]: xeber –
Ayağı yanlış amputasiya olunan xəstə sabah yenidən əməliyyat olunacaq.sayt xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib. O qeyd edib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib: “Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”.Azər Şəmsəddinski həmçinin qeyd edib ki, xəstəni özü əməliyyat edəcək. Qeyd edək ki, şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o dünən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib.Lakin cərrah 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsib.T.Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler