Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yalnız qadınların buraxılacağı çimerlik fealiyyete başlayır – MARAQLI

20 Haziran 2016

6:44 am


20/06/2016 [10:39]: xeber –
Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək. Bu barədə sayt – ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Sumqayıt ərazisində fəaliyyət göstərəcək bu çimərlik Dubay təcrübəsi əsasında xidmət göstərəcək:“Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan məlum çimərliyə kişilərin girişinə yasaq qoyulacaq. Dubay təcrübəsi əsasında Sumqayıtda, dənizkənari obyektlərin birində tətbiq ediləcək bu xidmətin qadınların böyük marağına səbəb olacağı gözlənilir. O qədər də böyük ərazini əhatə etməyən qadın çimərliyində nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək”.Məlumat üçün qeyd edək ki, qadınlara açıq çimərliyin yaradılması Azərbaycanda bir ilk olsa da, yaxın gələcəkdə bu cür çimərliklərin sayının artması ehtimal edilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler