Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yalan dünya…

27 Eylül 2016

6:40 am


27/09/2016 [10:38]: xeber –
Məni məndən alan dünya,Dərdə qəmə salan dünya,Özün fani, sözün yalan,Yalan dünya, yalan dünya.Kimlər gəldi, kimlər getdi,Səndə neçə canlar bitdi,Ömür gəlib sona yetdi,Yalan dünya, yalan dünya.Üzümüzə daş bağladın,Gözümüzə yaş bağladın,Yedin, neçə baş bağladın,Yalan dünya, yalan dünya.Qaş-göz atan sənəm oldun,Küpə girən nənəm oldun,Diş altında çənəm oldun,Yalan dünya, yalan dünya.Tutdurdun ala, qumaşa,Qoydun nəfsimlə baş-başa,Qurduğun əcəb tamaşa,Yalan dünya, yalan dünya.Keçidlərin tələ, tuzaq,Ömür qısa, mənzil uzaq,Hər gələnə açdın qucaq,Yalan dünya, yalan dünya.Məzar oldun neçə cana,Aşiq olan düşər qana,Demə ölləm sənnən yana,Yalan dünya, yalan dünya.21.09.2016


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler