Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

«Yağışı kesdirmekle Hacıbala Abutalıbovu xilas ede bilerem”

17 Ekim 2016

10:48 am


17/10/2016 [14:48]: xeber –
“15 il bundan əvvəl
qonşum Azərin toyunda leysan yağış yağırdı. O biri qonşum Ağadayı dedi:
” Ağa, cəddinə qurban, bir dənə dua et yağış kəssin, gecdi, evə getmək istəyirəm”.
Dedim sən inanırsan ki , dua etsəm yağış kəsər ? Dedi ki, mən sənin Oryoldaki
çox möcüzələrinin şahidi olmuşam, inanmasam demərəm ki. Dedim elə isə bir dəqiqədən
sonra dur get evinizə. Ətrafdakilər diqqətlə saniyələri izlədilər. 60 saniyə
tamam olan anda yağış xırp kəsdi. Bir neçə nəfər hələ bayra çıxıb bir damla
yağışın da yağmadığına əmin oldular. Hamı soka düşərək mat qaldı”.

 

Bunu sayta
açıqlamasında özünü İmam Mehdi elan edən Kazım Əziz bildirib.

 

Kazım Əziz bu gün
başlayan aramsız yağışı da durdura biləcəyini, Bakını su basması nəticəsində çətin
vəziyyətlə üzləşən Hacıbala Abtualıbovu çətin vəziyyətdən qurtara biləcəyini
iddia edir.

 

Kazım Əziz başına gələn
başqa maraqlı hadisələrdən də danışıb: “2006- cı ilin avqust ayının 17- də
qatar rəisi İlham Şükürov məni Bakıya gətirərkən biz çatanda yağış yağacağını bələdçilərə
söylədiyim halda həmin günü ( 18-i) aylıq normanın 30 %- i yağıb. Ümumiyyətlə,
hər dəfə mən Bakıya qayıdanda hətta fevral ayında belə leysan yağış yağmışdır.
İstənilən vaxt mən bir ölkədən başqa ölkəyə çatan kimi orada kəskin iqlim dəyişikliyi
müşahidə etmişəm. Elə bu ilin 30 yanvarında Gürcüstandan Azərbaycana çatan gecə
bütün ölkə ağ qar örtüyünə büründü ( ağ avtomobildə gəlmişdim ).

 

1998- ci ildən
apardığım müşahidələr, məni qoruyan kometanın mənimlə hərəkətdə olduğunu sübut
edir. İstənilən ölkədə baş verən meşə yanğınlarına milyonlar sərf edilir, amma
mən Oryol şəhərinə gedən kimi leysan yağışlar yağdı.

 

 

Bir neçə il öncə
redaksiyada “ Haqqın səsi” qəzetinin baş redaktoru Kəmaləddin, “ Axşam” qəzetinin
redaktoru Camal müəllim və şair Mahmud Qacarla söhbət edirdik. Kəmaləddin
müəllim dedi: Qar getdikcə güclənir, evə necə gedib çıxacaqsan? – Siz narahat
olmayın, mən gedəndə qar kəsəcək, – söylədim. – Sən axşama qədər qarın kəsməsini
gözləyəcəksən ? – dedi, de görək nə vaxt gedəcəksən? Mən 10 dəqiqədən sonra gedəcəyimi bildirdim. O, dedi: – Artıq 10 dəqiqə tamam oldu, qar isə
daha da gücləndi.

 

Dedim, sizin
saatınız səhvdi, 9 dəqiqə keçib deyəndə ətrafdakılar saatlarına baxıb təsdiqlədilər
və son dəqiqənin saniyələrini izlədilər. 60 saniyə tamam olan kimi hamı pencərəyə
yaxınlaşıb heyrətlə qarın kəsməsinin şahidi olaraq məəttəl qaldılar. Elə
bu an Camal müəllim dedi, sən mənə “ Mühakimə” qəzetinin redaktoru Şəmsinin 20
gündən sora azadlığa çıxacağını söylədin düz çıxdı, amma mənə də demişdin nəşriyyatdan
yaxşı bir yerə işə gedəcəksən, bəs nə oldu ?

 

Mən dedim, o  zaman vaxtını söyləməmişdim, indi isə deyirəm
bir aydan sora gedəcəksən.

 

Hal- hazırda o, o
zamandan “Azpetrol”da mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

 

Bir zaman mənə mənəvi
dayaq durmuş Respublika Prokurorluğunun böyük prokuroru, polkovnik Alı Əhmədov
da Binəqədi rayon prokurorluğunda müşavir işlədiyi illərdə ona: – Sən 2 aydan
sonra şəhər prokurorluğuna, 6 aydan sora isə Respublika Prokurorluğuna vəzifəyə
gələcəksən, – deyəndə mənim sözlərimə şübhə ilə yanaşırdı. Söylədiklərim dəqiqliklə
özünü doğruldandan sonra mənimlə dostluq etməyə başladı.  Bir dəfə onun əməliyyat olacağını həkim ona
bildirəndə, cərrahiyyə əməliyyatından keçəcəyini mənə bildirdi və dedi: “ Əgər
məni sağalda bilsən sənə inanaram”. Əlimlə ona səfa verəndə müainəyə ( təkrar)
getdikdə həkim onun artıq sağaldığını və əməliyyata ehtiyac olmadığını
bildirmişdi”.

 

 

Kazım Əziz deyib
ki, 12 il öncə gördüyü yuxu möcüzəvi şəkildə düz çıxıb: “12 qoyunum 3 gün idi
itmişdi, hər yerdən soraqlaşdıq gördüm deyən olmadı. Gecə
yuxuda gördüm qoyunlarım gəlib. Oyandım, ayaq səslərini eşidəndə pəncərədən
baxdım qoyunlar həqiqətən də tövləyə daxil olurlar. Ancaq təkcə bir iri qoçdan
savayı. 2 gün də hər yerdə qoçu axtardıq tapa bilmədik. Doğmalarımın hamısı iri
kök qoçdu ya kəsdilər, ya satdılar dediyi halda mən ümidimi Allahdan kəsməyərək,
itən qoçu Allah yolunda qurban dedim, eşidənlərin çoxları hətta buna güldülər.
Səhərisi gün qoç öz ayaqları ilə gələndə hamı mat qaldı. “Gördünüz, Allah yoxdan var eləyir” deyərək qoçu qurban kəsib payladım. Elə
bu il Qurban
bayramında İsmayıl qurbanı kəsdim ( 9- cu ay, kodum 9 olduğu kimi ) elə həmin
gündə 20 ildir qərib düşmüş oğlum Əlini internet vaistəsi ilə Allah mənə
yetirdi ( qubanımı qəbul etdi). Bir zamanlar Allah İbrahim peyğəmbərə də oğlu
İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərmişdi. Bir zaman mənim də heç
bir övladım olmadığı halda oğlumu Allaha qurban demişdim. Belim qırılandan bir
il sonra Allah mənə oğul payı verdi. Ancaq onu ana bətnində ikən ( 5 aylıq ) uzaq  ölkəyə qərib saldı. Belə qurbanı Allah qəbul
etmədi. Xatırladım ki,
mən qatarın altından çıxaraq sağ qalanda öz canımı  Allah yolunda qurban demişdim və qurbanım qəbul
olunmuşdu. Odur ki, mən özüm Allah qurbanıyam”.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler