Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yadplanetlilerle görüşen alimden şok açıqlamalar -FOTO

21 Ekim 2016

8:32 am


21/10/2016 [12:29]: xeber –
ABŞ-da məxfi kosmik layihələrin əsas mərkəzi olan və bütün dünyada sirr məkanı kimi tanınan “51-ci zona”-da çalışan alim, mühəndis Boyl Buşman ölüm yatağında ikən bəzi şok sirlərin üstünü açıb. Qeyd edək ki, “51-ci zona”da çalışan əməkdaşların, alimlərin cüzi də olsa, nəsə açıqlamaları qadağandır və buna tam ciddi  nəzarət edilir. Lakin ölüm ayağında olan Buşman fəzalılarla bağlı məxfi qeydləri açıqlayıb. sayt xarici mediaya istinadən həmin faktlardan bəzilərini təqdim edəcək:Buşman əvvəlcə sözlərinin təsdiqi üçün yadplanetlilərin AB, hərbi bazalarında çəkilən fotoşəkillərini göstərib. O, hərbi bazada birbaşa yadplanetlilərlə işləyən şəxs olduğunu dilə gətirib. Buşmanın sözlərinə görə, bu gün də “51-ci zona”nın ayrı-ayrı hərbi bazalarında 24 saat ərzində fəzalılarla rabitədə olan şəxslər var. Qoca Buşman etiraflarında üzərində araşdırmalar apardığı fəzalıları iki qrupa ayırıb: “Onlar iki qrupa bölünürlər. Bir qrup UFO, elə bil mal-qara fermasının ayıq-sayıq çobanlarıdı. Digər qrup isə, sanki həmin mal-qaranı oğurlamağa hazır olan varlıqlardı. Barmaqları uzun və pərdəli olur. Quintumnia planetindən gəlirlər”. Buşmanın ən şokedici etirafı isə bu günə qədər insanlıqdan gizli saxlanılan xüsusi kosmik gəminin olmasıdır. Bu kosmik gəmi ilə bütün ulduzlararası məsafələri qət etmək mümkündür. Qoca alim həmin avadanlığı bəşəriyyətin  ən möcüzəvi kəşfi adlandırıb.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler