Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yadplanetlilerin mesajları aşkarlandı

27 Ekim 2016

10:24 am


27/10/2016 [14:20]: xeber –
Alimlər kosmosun dərinliklərindən gələn bir sıra qeyri-adi mesajlar əldə ediblər. sayt xəbər verir ki, bu barədə “Independent” saytında məlumat verilib. Saytın yazdığına görə, bu barədə Sakit Okean Astronomik Cəmiyyəti Elmi Nəşr Jurnalında geniş məqalə dərc edilib. Həmçinin ABŞ-lı alimin yadplanetlilərə aid olduğunu iddia etdiyi fotolar dərc edilib. Məqalədə qeyd edilir ki, kanadalı alimlər kosmosdakı 2,5 milyon ulduzu müşahidə edib və onların yalnız 234-də müəyyən modulyasiyalar olduğunu müəyyən ediblər. Aparılan müşahidələr zamanı  bu ulduzlarda qəribə davranışlar da kəşf edilib. Kanadanın Quebec ştatında yerləşən Laval Universitetindən EF Borra və E Trottierin yazdıqları məqalədə tədqiqatlar zamanı dünyadan kənar ağla məxsus olduğu güman edilən siqnallarla eyni şəklə malik siqnallar aşkar etdiklərini vurğulayıb. Ancaq onu da bildiriblər ki, bu siqnallar müxtəlif avadanlıqlar vasitəsilə mütləq ciddi şəkildə tədqiq olunmalıdır.  Stefan O və Mark Zuckerberg kimi şəxslər tərəfindən dəstəklənən və bu il içərisində yadplanetlilərin həqiqətən var olub olmadığını araşdırmaq məqsədilə yaradılan Breakthrough Listen təşəbbüsü də bu mesajların müəyyən edilməsinin ümidverici olduğunu bildirib.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler