Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yadplanetliler milyarderlerin raketlerini partlatdı – VİDEO/FOTOLAR

16 Eylül 2016

7:52 pm


16/09/2016 [23:51]: xeber –
Amerikalı milyarder və “SpaceX” şirkətinin sahibi Elon Maksın “Falcon 9” raket daşıyıcısı 1 sentyabr 2016-cı ildə Floridanın şərq sahilində yerləşən start meydançasında partladı. Hadisə raketin yanacaqla – oksigen və ağ neftlə doldurulması zamanı baş verdi. Partlayışın episentri oksigen çənində, ya da onun yanında olub. Amma qəzanın səbəbi hələlik məlum deyil. Qəzadan dərhal sonra Maks raketin işəsalma platformasında bir anomaliyanın olduğunu bildirdi. Ufoloqlar və internet istifadəçiləri də güman edir ki, həqiqətən hansısa anomaliya var. “YouTube”da partlayış anını göstərən onlarla müxtəlif videoçarx yerləşdirilib. Yavaşladılmış kadrlarda raketin yanında hansısa uçan naməlum obyekt (UNO) görünür. UNO partlayış anında bilavasitə raketin baş hissəsində görünür. İnternet istifadəçiləri təbii ki, parlayışı çox sürətli obyektin yaratdığını güman edirlər. Yəni, qəza diversiya idi. Onun yadplanetlilər tərəfindən təşkil edildiyi güman edilir. Amma görünür ki, yadplanetlilər ilk dəfə məhz “SpaceX” şirkətinin başçısına zərər vurmayıblar. 28 iyun 2015-ci ildə Beynəlxalq Kosmik Stansiyasında startdan 2 dəqiqə 19 saniyə sonra “Falcon 9” partladı. Partlayan raket 200 milyon dəyərindəki AMOS-6 telekommunikasiya peykini orbitə çıxarmalı idi. “Facebook” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Zukerberq onun köməyilə Afrika əhalisini internetlə təmin etmək istəyirdi. ​Sağlamdüşüncəli ekspertlər isə əlbəttə ki, partlayışlarda yadplanetlilərin iştirakına inanmırlar. Ən ehtimal olunan fərziyyəyə görə kadra hansısa bir həşərat, ola bilər ki, quş düşüb. Bildirilir ki, kadra ehtimal ki, kiçik obyekt düşüb və onun hərəkət trayektoriyası kameranın obyektivinin yaxınlığından keçirdi. Araşdırma və mübahisələr davam edir. Milyarder Elon Maks onun raketinin hansısa bir xarici təsir nəticəsində partladığını istisna etmir. O, UNO-ya işarə edir, məlum deyil.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler