Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yadplanetliler ABŞ raketlerini vurublar! – Amerika astronavtı…

08 Ekim 2016

7:32 pm


08/10/2016 [23:31]: xeber –
WikiLeaksın  ABŞ prezidentliyə namizəd Hillari Klinton barədə dərc etdiyi son məxfi materiallarda hər gün yeni-yeni ağılagəlməz informasiyalar üzə çıxır. sayt-ın Rusiya mediasına istinadla əldə etdiyi materialda bu dəfə söhbət yadlanetlilərdən gedir.  Belə ki,  Amerika astronavtı Edqar Mitçellin Klintonun  seçki qərargahının rəhbəri Con Podestaya ünvanladığı 18 avqust 2015-ci il tarixli məktubda gələcəkdə “kosmosda gözlənilən müharibə”dən və  “qonşu qalaktikalardan gələn yadplanetliərdən” bəhs edilir.  Məktubda deyilir:”Con, yadda saxla,  xoşməramlı yadplanetlilər bizə Yerdə sıfır nöqtə (Zero Point) enerjisi texnologiyalarıyla  kömək etmək istəyir.  Onlar nə Yerdə, nə də kosmosda heç bir müharibəyə imkan verməyəcəklər…” Xəbərdə xatırladılır ki, Edqar Mitçell – “Apollon-14” ekspedisiyasının 6-cı iştirakçısı və gözlənilməz açıqlamalarıyla tanınan tanınmış ufoloqdur.  Məsələn, 2015-ci ildə  astronavt bəyan etmişdi ki, yerdənkənar sivilizasiyalar nüvə silahının sınaqdan çıxarılmasını izləyiblər. Çünki onlar Yerdə nüvə müharibəsinin başlamasını istəməyiblər. E.Mitçellin sözlərinə görə, yadplanetlilər hətta bir neçə dəfə buraxılmış ABŞ raketlərini vurub zərərsizləşdiriblər…  Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler