Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yaddaşını itirmiş heyat yoldaşı üçün yeniden toy etdi

05 Ağustos 2016

11:20 am


05/08/2016 [15:18]: xeber –

Uşaqlıqdan
bir-birlərini sevən Justice və Ceremi Stamper toylarından 19 gün sonra ağır qəzaya
düşürlər. Xoşbəxtlikdən cütlük dəhşətli qəzadan salamat xilas olur. Ancaq qadın
qəzadan sonra yaddaşını itirir, evli olduğunu və toy mərasimini unudur. Həyat yoldaşı Ceremi Stamper isə həyat
yoldaşına unutduqlarını xatırlaması üçün qeyri adi bir plan hazırlayır.

10 yaşında ikən
tanış olan Justice və Ceremi Stamper  20
yaşlarına çatanda ailə qururlar. Justice Stemper toylarından 19 gün sonra
keçirdiyi yol qəzası nəticəsində son beş həftə ərzində baş verənləri unudur. Qəzadan bir
ay sonra qadın ərinə yaddaşnı itiridiyini və toylarını xatırlamadığını deyəndə, ərinin
cavabı qısa və konkret olur: “Yenidən toy edərik!”

Ancaq
cütlüyün yeni bir toy etmək üçün maddi imkanları yetərli olmur. Buna görə, onlar
sosial mediadan istifadə edərək ehtiyacları olan vəsaiti toplamaq qərarına gəlirlər.
Onlayn yardım fondu saytlarından birinə vəziyyətlərini açıqlayırlar və bir ay ərzində
ehtiyacları olan beş min dolları toplayırlar.

sayt
xarici mediaya istinadən beləsini ancaq filmlərdə gördüyümüz və nağıllarda
eşitdiyimiz bu məhəbbət qəhrəmanlarının fotolarını təqdim edir.

 

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler