Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ya Qarabağdan el çekmeliyik, ya da…”

11 Ekim 2016

9:16 am


11/10/2016 [13:15]: xeber –
Rusiyanın
son vaxtar Ermənistanı sürətlə silahlandırması, habelə Gümrüdəki 102-ci rus hərbi
bazasına yüzlərlə yeni texnika cəlb etməsi Azərbaycanda ciddi narahatlıqla
qarşılanmaqdadır. Maraqlıdır, Ermənistanın bunca silahlandırılması fonunda
Qarabağ probleminin sülh yolu ilə həlli nə dəcəcədə inandırıcı görünür? Hazırkı
situasiyada probemin hərbi yolla həlli perspektivi varmı?

sayt-a
açıqlama verən ADR sədrinin müavini Səavət Əlisoy hesab edir ki, Rusiyanın Ermənistan
ərazisinə çoxlu sayda artilleriya cəlb etməkdə məqsədi reginda söz sahibi olmaq
istəyi ilə bağlıdır:

“Əslində Rusiya Ermənistanı silahlandırmır. Qafqaz coğrafiyasında öz
mövqeyini möhkəmləndirir. Bunu hər kəsin bilməsi lazım. Ki, regiona hərbi qüvvələr
yeritməklə Dağlıq Qarabağda söz sahibi olmaq iddiasındadır. Daha dürüstü,
Abxaziya və Krımdan sonra Dağlıq Qarabağı da işğal etməkdir.

Heç bir sülh danışığı faydalı olmayacaq, bunu ölkə
prezidenti də bilir, hər bir şüurlu vətəndaş da.

Və eyni zamanda Azərbaycanın hərbi gücə əl atmasına da
imkan verməyəcəklər. Bu da hər kəsə bəllidir.

Bu vəziyyət mümkün ki, bir 25 il də
davam etsin. İtirilmiş torpaqlarımızın geri alınması üçün ATƏT Minsk qrupu,
Avropa siyasi institutları və hətta ABŞ belə Rusiya ilə kəllə-kəlləyə gəlməyəcək.

Bu
günkü iqtidar açıq etiraf edir ki, hər tərəfdən təzyiq edirlər ki, Dağlıq
Qarabağa müstəqillik verilsin. Artıq bu məqamda xalq dövriyyəyə girməlidir.
İtirilmiş torpaqların taleyi ilə bağlı bir referendum keçirməyə ehtiyac var.
Xalq məsuliyyəti öz üzərinə götürməlidir. Ya bir yolluq o torpaqlardan əl çəkməliyik,
ya da qanımız bahasına torpaqları geri almalıyıq. Son söz nə iqtidarın, nə
Rusiyanın, nə də ABŞ və Avropanın deyil, xalqın olmalıdır”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler