Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XXXI Yay Olimpiya oyunları başa çatıb

22 Ağustos 2016

3:56 am


22/08/2016 [07:52]: xeber –
Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax XXXI Yay Olimpiya Oyunlarını bağlı elan edib. Rio Olimpiadasında Azərbaycan idmançıları 18 medal qazanıblar:1 qızıl, 7 gümüş və 10 bürünc medal.Qeyd  edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler