Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XX esrde yazılmış ve mütleq oxunmalı 50 romandan 10-u…

03 Eylül 2016

12:48 pm


03/09/2016 [16:46]: xeber –
Bu siyahı 1906 – 1960-cı illərdə yazılmış 10 roman haqqında ümumi məlumatdı. Növbəti siyahıda digər 10 roman haqqında məlumat olacaq.  1. Çikaqo sallaqxanaları (1906) – Upton SinklerRoman əmək  istismarı və Amerikadakı ərzaq təhlükəsizliyindən bəhs edir. Prezident Ruzveltin 1906-cı ildə sağlamlıqla bağlı iki qanun  qəbul etməsinə səbəb olub. 2. Çevrilmə (1915) – Frans KafkaÇevrilmə  mövcudluq haqqında  mükəmməl romanlardan biridir. Kafkanın obrazı Qriqor Zamza bir səhər oyananda həşərata çevrildiyini görür. Böcək metaforası bütün ictimai narahatlıqların ümumiləşmiş obrazıdı. 3. Sənətçinin bir gənc olaraq portreti (1916) – Ceyms CoysYarı avtobioqrafik roman eyş-işrətə, sürgünə, müstəmləkəçiliyə və estetik gözəlliyə səyahət edir. Kitab Coysun özüylə mübarizəsinə güzgü tutur. 4. Siddharta (1922) – Herman HesseRoman yalnız Siddharta Qautamanın hekayəsindən bəhs etmir. Siddhartanı uca Budda kimi təsvir edir, çünki əsas obraz Budda kimi maarifçilik yolçusudu. Səfəri boyu qarşılaşdığı hər kəs və yaşadığı hər hadisə Siddhartaya dəyərli töhfə verir. 5. Möhtəşəm Qetsbi (1925) – F. Skott FitzqeraldCaz əsrinin alleqorik xüsusiyyətli  məşhur romanı “Amerika Röyası”nın süqutunu lüks həyat sürən adamın kədərli hekayəsi vasitəsilə izah edir. 6. Yatağımda ölərkən (1930) – Uilyam FolknerRomanda on beş fərqli insanın dilindən qarışıq şəkildə ailə üzvlərindən birinin dəfn olunma arzusunun yerinə yetirmək səyləri danışılır. 7. Mübarək torpaq (1931) – Pörl BukRomanda I Dünya Müharibəsindən sonra fermer və arvadının həyat mübarizəsi naməlum məkanda və qeyri-müəyyən zaman müstəvisində  verilir. 8. Dalğalar (1931) – Virginiya VulfSenzura dövründə qadınların arzularını və homoseksualizmi olduqca kəskin xətlərlə və açıq-saçıqlıqla araşdıran Vulf, bu anlayışların “ədəbli cəmiyyət” dəyərlərindən uzaq bir yerdə düşünülməsini oxucularına tövsiyyə edir.  9. Siçanlar və adamlar (1937) – Con SteynbekBöyük depressiya boyu kasıblıq və əziyyətlə mübarizə aparan iki miqrant fəhlənin faciəli  hekayəsindən bəhs edən roman, Steynbekin ən məşhur əsərlərindəndir. Qəhrəmanların  bir-biri ilə olan əlaqəsini və ətraflarındakı ümidsizliyi tədqiq edilir. 10. Tanrıya baxırdılar (1937) – Zora HurstonRoman Antropoloq Hurstonun Karib və ya Afrika soyundan gələn Amerikalıların şəxsi təcrübələrinə işıq tutmaq üçün Amerikanın cənubu və Karib hövzəsi ilə bağlı araşdırmasına diqqət çəkir.(sim-sim.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler