Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xruşşovu tehqir etdim, meni hedelediler” – Əbülfez Elçibey

Genel 17 Haziran 2016

6:52 pm


17/06/2016 [22:48]: xeber –
sayt saytı iyun ayını Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyə həsr edib. Biz də “Yada düşər xatirələr” rubrikasından təqdim edəcəyimiz növbəti yazıda mərhum Elçibəyə yer ayırmışıq. Təbii ki, Əbülfəz Elçibəyin öz yazdığı xatirələr və onun barəsində olan yaddaş nümunələri kifayət qədərdir. Amma indi təqdim edəcəyimiz bir neçə nümunədə Elçibəy öz mübarizəsinin hələ ilkin mərhələsindədir:Prezidentlərə əl vermədimBir gün Luksor şəhərində kiçik sovet mütəxəssis qrupu ilə dövlət başçılarını- Xruşşovu, Nasiri, İraq prezidenti Arifi, Azərbaycan Nazirlər Sovetinin o zamankı sədri Əlixanovu, Əlcəzairin prezidenti Əhməd Ben  Bəllanı və  başqalarını qarşılayıdıq. Vəziyyət elə gətirmişdi ki, hamı əl verib görüşürdü. Ben Bəllaya, bir də böyük sənətkarımız Rəşid Behdudova əl uzadıb görüşdüm. O birilərə gələndə isə, əlimi cibimə qoydum. Belə davranışıma görə sorğu-suala çəkildim. “Xruşovu təhqir etdim, məni hədələdilər” Mənim öz aləmin var idi. Yəqin ki, başqaları mənə dəliqanlı tərcüməçi kimi baxırdılar. Sorğu –sual zamanı Xruşşovun Kipr məsələsinə münasibətinə görə bir-iki təhqiramiz söz də iştəmişdim. Sonra Bakıya qayıdanda DTK Xruşşovu təhqir etdiyimə görə məni hədələdi də. “DTK-nın adamlarını fırladırdım”Universitetdə müəllimim Əlövsət Abdullayev mənə dedi ki, DTK-da fikir yaranıb ki, sənin gizli təşkilatın və proqramın var.Mən onu inandırdım ki, bu doğru deyil. Ancaq özüm yalan danışdım. Müəllimimdən üzr istəyirəm. Ancaq nə etməli- DTK da pis işləmirdi. 1975-ci ilin yanvarında məni həbsə aldı.  DTK mənim yanıma bir neçə tələbə və müəllim də yerləşdirə bilmişdi. Ancaq mən onları da fırladırdım.Mənim heç bir müəllim və tələbəyə qətiyyən nifrətim yaranmırdı. (Hətta onlar DTK agenti olanda belə). Bəzən hətta DTK işçilərini də təqsirkar saymırdım. Bir düşmənim var idi-imperiya! Qalanları onun zavallı xidmətçiləri idi. Qalanları onun zavallı xidmətçiləri idi. Mənim onlara ürəyimdə yazığım gəlirdi.  Hazırladı: Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler