Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xoşqedem Hidayetqızı: “İş adamları, diplomatlardan evlilik teklifi almışam”

28 Eylül 2016

12:00 pm


28/09/2016 [15:59]: xeber –
sayt tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının birinci evlilikdən olan oğlu, həyat yoldaşı Doğuşla münasibətləri, əkizləri ilə bağlı Aile.lent.az-a verdiyi müsahibəni təqdim edir.- Bildiyimə görə, telekanalda əkizlərinizə xüsusi otaq ayrılıb. Bu, onların evdəki otaqlarını az da olsa, əvəz edə bilirmi?- Gözəl otağımız var. Uşaqların otağını görəndə zarafatla dedim ki, evdəki çarpayılardan daha yaxşıdır (gülür). Uşaqlara hər cür şərait yaradılıb. Amma təbii ki, nə qədər gözəl şərait də olsa, işdə olduğunu hiss edirsən. Bu həftənin 5-ci günü uşaqları telekanala gətirəcəm, bazar gününədək burada qalacağıq. Çünki iş baxımından ən ağır günlərim cümədən başlayır.“Səni axtarıram” verilişinə hazırlaşırıq, şənbə günü çəkiliş olur, bazar günü efirə gedir. Həm də bağda qaldığıma görə gedib-gəlmək çətindir. Bağ havası uşaqlar üçün xeyirdir, təmiz hava alırlar deyə orada qalırıq.   – Yeri gəlmişkən, qardaşlar bir-biri ilə tanış olub?- Əlbəttə. Böyük oğlum qardaşlarını çox sevir. Arda eynilə onun uşaqlığıdır. Əkizlərin ikisini də çox istəyir, amma Ardanı daha çox. Sanki Arda ilə əkizdilər. Əkizlər heç özlərinə bir o qədər oxşamırlar. Üz cizgiləri, sifət quruluşları, xasiyyətləri də eynidir, ikisi də dəcəldir. Böyük oğlum da uşaqlıqda Arda kimi toppuş idi. Arın isə bir az zəifdir. O, 14 gün küvəcdə qalıb. Çox əziyyət çəkdi. Onun həyatda qalması üçün çox çalışdıq. 14 gün xəstəxanada qaldıq.- Böyük oğlunuz sizi Doğuşa, qardaşlarına qısqanmır?- Bəlkə də içində qısqanır. Amma Doğuşla çox yaxın dostdurlar. Bu yaxınlarda işlə bağlı Rusiyada idim. Oğlum da Bakıya gəlmişdi. Onda fikir verdim ki, bir-birindən ayrılmırdılar. Hər yerə – bazara, səhər yeməyinə, axşam restorana, şəhərə gəzməyə birlikdə gedirdilər. Oğlum mənə demədiklərini Doğuşa deyir, Doğuş ona böyük qardaş kimidir. Bu baxımdan çox xoşbəxtəm.Mən həmişə qorxurdum. Gənc yaşlarımda da ailə qura bilərdim. Gözləməzdim ki, onun yaşı bu qədər böyük olsun. Amma düşünürdüm ki, görəsən, ailə quracağım şəxslə oğlum necə münasibət quracaq? Hərdən deyirəm ki, peşmanam, gərək zamanında ailə qurardım. İndi 42 yaşında iki uşaq böyüt (gülür). Heç olmasa, 30 yaşında ailə qura bilərdim. Lakin hər zaman oğlumu düşünürdüm. Deyirdim, qoy bir az böyüsün.- Yəqin ki, bu illər ərzində evlilik təklif edən olmuşdu.- Əlbəttə. Boşandığım ildən evlilik təklifləri almışam. Onların içərisində diplomat da, iş adamı da var idi, bütün sahələrdən olan insanlar mənə evlilik təklif edib. Amma oğluma görə ailə qurmurdum. Hər zaman deyirdim ki, yox, mən onu böyüdəcəm, ona kimsə nəsə deyə, qışqıra bilməz. Hər zaman böyük ailəm, çoxlu uşaqlarım olmasını istəmişəm. İkinci dəfə ailə quranda da ana olmaq istəyəcəkdim. Bu halda isə istər-istəməz uşaqlar, atalıq onun qəlbinə dəyə bilərdi. Bunları düşündüyüm üçün evlilik təkliflərinə “yox” deyirdim. Valideynlərim mənim ailə qurmağımı çox istəyirdilər. Tək qalmağıma razı deyildilər. Yaxşı ki, onları eşitdim, indi tək deyiləm.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler