Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xorvatiyanın prezidenti İçerişeherde – Fotolar

25 Ekim 2016

3:44 pm


25/10/2016 [19:41]: xeber –
Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç səfər çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisiƏsgər Ələkbərov qarşılayıb.Qoruqdan bildirilib ki, ali qonaq gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də, karvansaray, hamam, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanışlıq da xanım Kolinda Qrabar-Kitaroviçin böyük marağına səbəb olub. Ali qonaq batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələrinin nümayiş edildiyi sərgi ilə tanışlıqdan sonra Mərkəzin emalatxanasında iş prosesini izləyib.Xorvatiya Respublikasının prezidenti Mərkəzdə tədris prosesinin təşkili sistemi, təlim üsulları ilə yaxından maraqlanıb. Ali qonağa Mərkəzin əməkdaşlarının əl işlərindən ibarət xatirə hədiyyələri təqdim olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazan xanım Kolinda Qrabar-Kitaroviç İçərişəhərlə tanışlıqdan məmnunluğunu və xoş arzularını ifadə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler