Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xorvatiya Prezidenti Rövneq Abdullayev ile görüşdü

25 Ekim 2016

9:08 am


25/10/2016 [13:04]: xeber –
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə görüşüb.Görüşdə R.Abdullayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə böyük töhfələr verdiyini deyib.O, Azərbaycanın təbii qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin seqmentlərini təşkil edən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin icra vəziyyəti barədə məlumat verib.SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline – IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladan R.Abdullayev bildirib ki, bu sənəd regionun enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından mühüm addımdır.Xorvatiya prezidenti ölkəsinin təşəbbüskarı olduğu İon-Adriatik qaz boru kəməri layihəsinin Avropanın, xüsusilə də Balkan ölkələrinin enerji təhlükəsizliyindəki əhəmiyyətini qeyd edib.K.Qrabar-Kitaroviç Xorvatiyanın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin tamamlanaraq İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmaqla Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözlədiyini vurğulayıb.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler