Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xocalı qatili” Ermenistan ordusunun başından getdi

04 Ekim 2016
6:28 am


04/10/2016 [10:24]: xeber –
Sərkisyan “Qarabağ klanı”nın əsas fiqurlarından birini ermənistanlı kadrla əvəzlədi, separatçı rejimin “müdafiə naziri”ni isə Baş Qərargah rəisi təyin etdi; Nalbəndyan yenidən XİN rəhbəri təyin olundu Ermənistan hökumətində yeni nazir təyinatları olub. Erməni mətbuatının yaydığına görə, Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Qarabağda tökülən günahsız qanların əsas baiskarlaırndan və Xocalı soyqırımının iştirakçılarından olan Ohanyanı bu vəzifədə Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyan əvəz edib.Maraqlısı budur ki, V.Sərkisyanın adı yeni hökumətlə bağlı hallandırılsa da, onun Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanı əvəzləyəcəyi deyilirdi. Hətta bundan əvvəl erməni mətbuatı prezident Sərkisyanın yeni kadr siyasəti aparacağı anonsunu verərkən V.Sərkisyanın adını əminliklə “yeni xarici işlər naziri” kimi qeyd edirdi. 1999-2008-ci illərdə Ermənistanın Fransadakı səfiri kimi çalışmış E.Nalbəndyanın isə yenidən Parisə “sürgün” ediləcəyi iddia olunurdu. Lakin gözlənilmədən S.Sərkisyan özünün familiyadaşını ordunun başına gətirdi. Ermənistan prezidenti artıq hamının “yol üstə olan nazir” kimi baxdığı Edvard Nalbəndyanı isə öz yerində saxladı. Belə ki, S.Sərkisyan 3 oktyabrda E.Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması haqda fərman imzalayıb.Beləliklə, Ovik Abramyanın baş nazir vəzifəsindən istefasından sonra Ermənistanda hökumətin yenidən formalaşdırılmasına qoyulan vaxtın tamamında iki əsas fiqurla bağlı da qərar verilib. Qeyd edək ki, Karapetyan sentyabrın 13-də baş nazir təyin olunub və Konstitusiyaya əsasən ona hökuməti formalaşdırması üçün verilən vaxt oktyabrın 3-də başa çatdı.Yeri gəlmişkən, S.Sərkisyan 2011-ci ilin sentyabrında Prezident Administrisiyanın rəhbəri postunu tutan Karen Karapetyanı vəzifəsindən azad etmişdi, hətta onun öz vəzifəsindən qovulduğu xəbəri də var idi. 3 il bu postda çalışan Karapetyanın yerinə isə o zaman administrasiya rəhbərinin müavini işləyən Viqen Sərkisyan gətirilmişdi. Vaxtilə vəzifəsindən qovulmuş hazırkı baş nazirin yeni müdafiə naziri ilə münasibətlərini necə quracağı maraq doğurur.Yeni baş nazir Karen Karapetyan kimi, müdafiə naziri Viqen Sərkisyan da Ermənistan doğumludur. O, 1975-ci il mayın 10-da anadan olub. 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Akademiyasını, 1997-ci ildə isə Yerevan Dövlət Universitetini bitirib. 1999-cu ildə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. (Modern.az ) Sərkisyan 2000-ci ildə ABŞ-ın Taft Universitetinin tərkibindəki Fletçer diplomatiya və hüquq məktəbində oxuyub. O, hüquq və diplomatiya üzrə magistr dərəcəsinə malikdir. Yeni nazir 1995-1998-ci illərdə Ermənistan parlamentinin spikerinin köməkçisi, 2000-2003-cü illərdə isə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referant kimi həqiqi hərbi xidmət keçib. 2003-cü ildə Sarkisyan Ermənistan prezidenti Robert Koçaryanın köməkçisi, 2009-2011-ci illərdə isə Prezident Aparatının rəhbər müavini olub. 2011-ci il oktyabrın 17-dən bu günə qədər isə aparat rəhbəri funksiyalarını icra edib. O, MDB ölkələri humanitar şurasının sədri funksiyalarını da icra edir. Evlidir, 3 qız atasıdır.1975-ci il təvəllüdlü Sərksiyan İrəvan Dövlət Universitetində, həmçinin Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb. Beləliklə, yeni hökumətdə Ermənistan əsillilər “Qarabağ klanı”nın daha bir “məğlubedilməz” üzvünü kənarda saxlamağı bacardılar. Əslində bu, Ermənistan klanının ciddi qələbəsi sayıla bilər. S.Ohanyan S.Sərkisyanın özü üçün də arzuolunmaz, həm də təhlükəli fiqur idi. Hətta aprel döyüşlərindəki məğlubiyyətin ardınca onların münasibəti kəskin şəkildə pisləşmişdi. Vəziyyət o qədər kritikləşmişdi ki, S.Sərkisyanın Qarabağdakı muzdlu döyüşçüləri geri çağırmasına baxmayaraq, Ohanyan onları himayə etmişdi və əmri yerinə yetirməmişdi. Lakin müdafiə nazirinin Moskvaya bağlı olması S.Sərkisyanı çıxılmaz durumda qoyduğu üçün aprel uğursuzluqlarına görə bir sıra şəxsləri cəzalandırsa da, Ohanyana toxunmağa cəsarət etməmişdi. Bununla belə, S.Sərkisyanın Moskvada Putinlə təkbətək görüşündən sonra vəziyyət Ohanyanın zərərinə dəyişməyə başladı. Görünür, erməni prezident Putinə sədaqətinin Ohanyandan daha artıq olduğuna Rusiya liderini inandıra bilib. Lakin “Xocalı qatili”nin birdəfəlik kənara atılmayacağı barədə də məlumatlar var. Hətta onun oktyabrın ortalarında keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna təyin edilə biləcəyi xəbərləri də dolaşır.Əslində Sərkisyan növbəti təyinatı ilə “balansı” qorumağa üstünlük verib. Belə ki, digər sərəncamla Qarabağ ermənisi Movses Akopyan Baş Qərargah rəisi təyin olunub (Koordinat.az) Bildirilir ki, indiyədək Baş Qərargah rəisinin müavini və qondarma “DQR-in müdafiə naziri” postlarını icra edən Movses Akopyan 1965-ci ildə Dağlıq Qarabağın Çartar kəndində anadan olub. Prezident Sərkisyan digər sərəncamla keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovu Ermənstan Milli Təhlükəsizlik Komitəsinin katibi təyin edib. Paralel olaraq müdafiə naziri postuna təyin olunan Viqen Sərkisyanın yerinə – Prezident Aparatının rəhbəri vəzifəsinə Armen Qevoqyan gətirilib.***XİN başçısı E.Nalbəndyanın öz postunda qalmasına gəldikdə, çox güman ki, bununla Sərkisyan ənənəvi siyasətində korrektələr etmək niyyətində olmadığı üçün yeni nazirə də ehtiyac duymayıb. Bu, həm də onu deməyə əsas verir ki, Sərkisyanın Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı baxışları da ciddi şəkildə dəyişməyəcək. Erməni prezident perspektivsiz danışıqları elə köhnə nazirlə davam etdirməyi, beləliklə, prezidentliyi dövründə Qarabağda “status-kvo”nu qoruyub-saxlamağı üstün tutub.Erməni politoloq Sergey Minasyanın fikrincə, Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması onun sovet diplomatiya məktəbinin yetirməsi olmasından irəli gəlir. “Doğrudur, sovet diplomatiya məktəbinin öz nöqsanları var, ancaq Nalbəndyan danışıqlarda azərbaycanlı və türk həmkarları üçün çətin rəqibdir” – o deyib (Virtualaz.org).Onu da qeyd edək ki, Sərkisyan müdafiə naziri ilə bağlı qərarını aprel müharibəsinin altıncı ayının tamamında verdi. Erməni prezident şəxsi heyət və mövqe itkisini Ohanyanla kompensasiya etmək istədi, bununla şübhəsiz ki, ermənilərin etirazını da səngitməyə çalışdı. Ancaq şübhə yoxdur ki, danışıqların dalana dirənməsi şəraitində, üstəlik, Ermənistanın hərbi ritorikaya üstünlük verməsi halında Azərbaycan yenidən aprel döyüşlərini təkrarlamağa məcbur olacaq. Belə olan halda Harvard təhsili görmüş bir şəxsin müdafiə naziri təyin olunması Azərbaycanda da suallar doğurub.***Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan prezidenti Serj Sərkisyan həyata keçirdiyi son yerdəyişmələrlə hakimiyyətini qorumağa çalışır: “Ancaq məsələn, Nalbəndyanın yenidən xarici işlər naziri vəzifəsini qoruması nəyi dəyişir ki? Onsuz da Ermənistan cəmiyyətinin Nalbəndyandan yorğunluğu var. Sərkisyan iqtisadiyyatı yeni baş nazir Karen Karapetyana “həvalə” edib ki, islahatlar aparsın, halbuki bunun üçün resurs yoxdur, özü isə orduda qayda-qanun yaratmaq istəyir. Məsələn, onun Movses Akopyanı Baş Qərargah rəisi təyin etməsi orduda keyfiyyət dəyişikliklərinə hesablanıb. Serj Sərkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975 doğumlu, İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Viqen Sərkiysanı müdafiə naziri təyin etməsi də orduda islahatlar aparması istəyi ilə bağlıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunun əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sərkiysanı ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Qərb ölkələrində də adətən müdafiə naziri mülki şəxs təyin olunur. Ancaq Qərbdə sistem saat kimi işləyir, Ermənistan isə müharibə vəziyyətindədir. Sərkisyanın Ermənistan ordusunda oğurluğa son qoyması istəyi anlaşılandır, bəs əgər müharibə başlayarsa akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Viqen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir”.Həbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovbildirdi ki, yeni müdafiə naziri S.Sərkisyana yaxın adamdır: “Onun gəlişi Qarabağla bağlı heç nəyi dəyişən deyil. Onsuz da Moskva nə desə, o olacaq. Ohanyanın uzaqlaşdırılmasına gəldikdə, Ü.Cəfərova görə, məna ondan ibarətdir ki, erməni ordusundakı çoxsaylı əsgər itkiləri ilə əlaqədar etirazlar səngidilsin. Son vaxtlar “Əsgər anaları” Cəmiyyəti itkilərə görə Sərkisyanla yanaşı, Ohanyanı da günahlandırırdı. Sərksiyan da Ohanyanı qurban verməklə etirazları səngidəcəyini zənn edir. Yaxın zamanda böyük ehtimal ki, ona normal vəzifə veriləcək. Çünki Ohanyan Sərkisyanın cinayətlərinin şahididir və onu digərləri kimi kənarda saxlamaq təhlükəlidir. Üstəlik, onların hər ikisinin əli Qarabağda dinc azərbaycanlıların qanına batıb”.Ü.Cəfərov Qarabağ separatçısının baş qərargah rəisi təyin olunmasını da əsassız saymır: “Ona görə bu vəzifəyə gətirildi ki, bununla Ermənistanın güc strukturlarında söz sahibinin Qarabağdan gəlmiş şəxs olduğunu göstərmək istədi. Çünki Sərkisyanın hakimiyyətini qorumaq üçün vuran əl lazımdır”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler