Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xızır peyğember Oğuz sakinine niye qarğıdı…? -MARAQLI

06 Temmuz 2016

4:28 pm


06/07/2016 [20:24]: xeber –
Ramazan bayramı ilə Qurban bayramı arasında riyazi əlaqə var“Biz hər şeyi sayıb yazmışıq” Qurani-Kərim, 78:29Bildiyimiz kimi, “Quran”da İslamın iki böyük bayramı – Qur(b)an və Ramazan bayramlarından söhbət açılır. Hesablamalarımız göstərir ki, Allah-təala başqa hadisələr kimi, bu böyük bayram üzərinə də öz kodlaşdırılmış möhürünü vurmuşdur.  Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün  quranlar 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədi bütün böyük hadisələr üzərində görmək mümkündür. Məsələn:1) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün.  Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.2) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür.3) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qu(r)ban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qur(b)an bayramından sayılmaqla) 286 gündür. Yeri gəlmişkən, bu gün Qur(b)an bayramının 286-cı  günüdür.4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.Bütün bunlar bir daha sübut edir ki, həyatda təsadüf yoxdur və hər şey zərurətdən doğur. “Hər gecəni qədr bil”Bildiyimiz kimi, Ramazan ayı “Quran”ın ilk ayələrinin nazil olduğu aydır. İlk ayənin nazil olduğu gün dəqiq bilinməsə də müqəddəs kitabda bu Qədr gecəsi kimi bildirilir və həmin gecənin çox qiymətli və bərəkətli gecə olduğu, duaların rədd olunmadığı qeyd olunur. El arasında işlənən “Hər gələni Xızır bil, hər gecəni Qədr bil” atalar sözü də bu hikmətdən qaynaqlanır. Belə ki, insan oğlu hər gecə öz Yaradanına dua etməlidir. Hansı gecə duası qəbul olsa, mətləbinə çatsa, həmin gecə onunçün elə Qədr gecəsi deməkdir.“Hər gələni Xızır bil” ifadəsi də boşdan yaranmayıb. Belə ki, insan qarşısına çıxan, yaxud, qapısına gələn tanımadığı adamla həmişə hörmətlə davranmalıdır. Çünki, bilmək olmaz o şəxs kimdir. Bəlkə elə Xızırdır, sınaq üçün gəlib. Yaxud gələn adamın  Allah yanında hörməti, dərəcəsi peyğəmbərlərin (Xızırın) hörməti qədərdir. Ona görə də ata-babalarımız bu el məsəli ilə bizə tanımadığımız adamla ehtiramla davranmağı məsləhət görürlər.Yeri gəlmişkən, buna bənzər bir hadisə Oğuz rayonunun Kərimli kəndində həqiqətən də baş vermişdir. Belə ki, həmin kəndin tarixi ilə bağlı kitab (“Kərimli ensiklopediyası”nı) yazarkən, maraqlı bir əhvalatla qarşılaşdım. Belə ki, keçən əsrin əvvəllərində Kərimlidə yaşamış Məhəmmədkərim kişi sahədə buğda səpirmiş. Yoldan keçən yaşlı bir kişi ondan bir parça çörək istəyir. Məhəmmədkərim: “Çörəyim olsa uşaqlarıma verərəm” – deyib, onu acılayır. Yoldan keçən kişi: “Çörəyin olsun, amma, yeməyə uşağın olmasın” – deyib, oradan uzaqlaşır. Həmin vaxt Məhəmmədkərimin iki qızı varmış. Bu hadisədən sonra onun on uşağı dünyaya gəlsə də heç biri qalmır. İki qızı da ər evinə köçdüyündən,  onun süfrəsinin qırağında uşaq oturmurmuş.  Kifayət qədər zəngin (çörəkli) olan Məhəmmədkərimi bu hal çox narahat edirmiş. Bir gün “Ağdaşlı baba” adıyla həmin kənddə tanınan övliya onun qonağı olur və ev sahibi bu vəziyyətin səbəbini övliyaya sorur. Övliya bu sualın cavabını sabah verəcəyini deyir. Sabah cavab verir ki, Xızır Peyğəmbər səni sınamaq üçün çörək istəyib. Sən də verməyəndə, qarğıyaraq gedib. Bağışlanmağın üçün yeddi qara qoç qurbanı kəsməlisən. Hər qurbanı da bir Allah dostunun müqəddəs məzarı – ziyarətgahında kəsməlisən.Qeyd edim ki, övliyanın tövsiyyəsinə əməl edən Məhəmmədkərim kişinin yenidən övladları dünyaya gəlir və onun törəmələri bu gün də Kərimli kəndində yaşamaqdadırlar.Odur ki, “Hər gələni Xızır bil, hər gecəni Qədr bil” atalar sözünə çalışıb əməl etmək lazımdır. Fürsətdən istifadə edib, bütün oxucularımı mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bu müqəddəs ayın bərəkəti şəxsinizdən və ailənizdən əskik olmasın! Amin.Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler