Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XİN rehberi: “SSRİ indiye qeder yaşaya bilerdi”

20 Ağustos 2016

12:12 pm


20/08/2016 [16:08]: xeber –
Varşava Müqaviləsi Təşkilatının 1990-cı ilin əvvəllərində buraxılmasından sonra SSRİ-yə zəmanət verildi ki, NATO genişlənməyəcək. Axar.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında keçmiş SSRİ xarici işlər naziri Boris Pankin söyləyib. Onun sözlərinə görə, NATO bu addımlardan sonra bizə cavab addımları atacağına söz verdi: “Bir dəfə Almaniya xarici işlər naziri Hans-Ditrix Genşerlə görüş zamanı o, mənə dedi ki, onlara Şərqi Avropadakı yeni rejimlər çox təzyiq edirlər. Genşerin sözlərinə görə, həmin ölkələr Avropa Birliyi və NATO-ya girmək istəyirdilər, amma Almaniya buna qarşı idi. O, mənə bunu açıq şəkildə dedi”. Pankinin fikrincə, 1991-ci ildə Avqust qiyamı olmasaydı, SSRİ indiyə qədər mövcud ola bilərdi: “SSRİ indiyə qədər yaşaya bilərdi. Sadəcə, radikal dəyişikliklər olacaqdı. Rejim yox, ölkə dəyişiləcəkdi. Əgər Qorbaçovla Yeltsin və onların arxasında dayananlar bir olsaydılar, pozitiv nəticə əldə olunması mümkün idi”. Qeyd edək ki, Pankin 1991-ci il avqustun 28-dən noyabrın 19-na qədər SSRİ xarici işlər naziri olub. Bundan öncə o, 8 il SSRİ-nin İsveçdəki, 1 il isə Çexoslovakiyadakı səfiri olub. Pankin 1991-ci ildə QKÇP-ni açıq-aşkar tənqid edib, ona qarşı çıxan yeganə SSRİ səfiri olub.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler