Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XİN: İstanbuldakı partlayışda zererçekenler arasında Azerbaycan vetendaşlarının olub-olmaması araşdırılır

29 Haziran 2016

6:00 am


29/06/2016 [09:59]: xeber –
“İstanbulun Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır”. Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır. Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə yerinə gələn Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler