Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XİN: Ermenistan ordusunun Ağdamda keçirdiyi telimler texribatdır

20 Eylül 2016

5:20 pm


20/09/2016 [21:19]: xeber –
Azərbaycanın işğal olunmuş Ağdam rayonunda  artilleriya və ağır texnikanın cəlb olunması ilə Ermənistan silahlı qüvvələrinin canlı atəş hazırlığı məşqləri Ermənistanın növbəti ciddi təxribatıdır və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini təhdid edir.sayt xəbər verir ki, bunu APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.“Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur”, – deyə o vurğulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler