Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XİN-den qezaya düşen diplomatla bağlı – Açıqlama

15 Ekim 2016

1:16 pm


15/10/2016 [17:12]: xeber –
“Sosial şəbəkələrə istinadən bəzi KİV-də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin diplomatik heyətinə aid əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi barədə verilən məlumat düzgün deyil”.Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati-texniki heyətinə aid olan əməkdaşın iştirakı ilə avtomobilin texniki nasazlığına görə yol-hərəkət hadisəsi baş verib: “Ukrayna hüquq-mühafizə orqanlarının bu yol-hərəkət hadisəsi ilə əlaqədar hazırladığı aktda da sürücünün sərxoş vəziyyətdə olmadığı təsdiq edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yalnız yol kənarında dayanan avtomobilə zərər dəyib”.Hikmət Hacıyev həmçinin qeyd edib ki, bəzi media orqanları sosial şəbəkələrdə gedən yoxlanılmamış materiallardan istifadə edərkən ehtiyatlı davranmağı və verilən məlumatları ilk öncə dəqiqləşdirməlidir.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler