Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

XİN-den Moderator.az-a teşekkür – KƏLBƏCƏRƏ GÖRƏ…

09 Temmuz 2016

8:36 am


09/07/2016 [12:33]: xeber –
Iyun 16-də saytımızda “Moskvada
Kəlbəcərə səyahət təşkil edilir” sərlövhəli yazımızda Rusiyadan işğal edilmiş
torpaqlarımıza təşkil edilən turist səfərləri haqqında ictimaiyyətə məlumat
vermiş, insanlarımızı, eləcə də əlaqədar dövlət qurumlarını bu səfərlərin təşkilatçısı
qismində çıxış edən şirkət haqqında  bilgiləndirmişdik.
(http://www.moderator.az/news/140742.html
). Qeyd etmişdik ki, Rusiyanın işğaldakı Azərbaycan torpaqlarına turist səfərləri
təşkil etməsi yolverilməzdir və bu cür addımlar hər şeydən öncə Rusiyanın
ATƏT-in Misnk qrupunun həmsədri kimi Qarabağ konfiliktinin ədalətli həllində
maraqlı olduğunu şübhə altına qoyur.

Bu gün saytımızla əlaqə
saxlayan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlum problemi
ictimaiyyiləşdirdiyi üçün sayt-a öz təşəkkürünü bildirib və problemin
aradan qaldırılması istiqamətində XİN tərəfindən atılan addımlara diqqət çəkib:

“sayt saytında 16
iyun 2016-cı il tarixində “Moskvada Kəlbəcərə səyahət təşkil edilir” (http://www.moderator.az/news/140742.html) adlı
yazı verilmişdir. Kütləvi informasiya vasitəsi olaraq, Ermənistan tərəfindən
işğal olunmuş ərazilərimizə qanunsuz turist səfəri təşkil edən səyahət klubunun
müəyyən edilməsi və ictimaiyyətin bu barədə məlumatlandırılmasına görə təşəkkürümüzü
ifadə edirik.

Bildiririk ki, Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı səfirliyi bu faktı araşdırmış və Moskvada yerləşən və işğal
olunmuş Kəlbəcər rayonuna səyahətlər təşkil edən “Svejiy veter” (Sərin külək)
klubuna məktubla müraciət etmişdir. Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü,
ərazilərimizin işğalı və eləcə də həmin bölgənin yüksək risklər zonası olması
izah edilmişdir. Həmçinin, bütün dünya ictimaiyyəti, o cümlədən Rusiya
Federasiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması
və dəstəklənməsi və RF XİN-nin konsulluq informasiya portalında işğal olunmuş ərazilərimizə
qanunsuz səfər edən vətəndaşların Azərbaycana buraxılmaması üçün arzuolunmaz şəxslər
siyahısına daxil edilməsi haqqında xəbərdarlığın yerləşdirildiyi
vurğulanmışdır. Bu cür səyahətlər təklifinin qəbulounmazlığı bəyan edilərək,
onlara son qoyulması tələb edilmişdir.

“Svejiy veter” səyahətlər klubundan daxil olmuş
cavab məktubunda onlar tərəfindən Kəlbəcə turların heç vaxt təşkil edilmədiyi və
bu barədə məlumatların digər turizm şirkətinin reklamı olduğu söylənmişdir.
Bununla belə, klubun rəhbərliyi saytının arxivindən də işğal olunmuş ərazilərimizə
səyahətlər barədə bütün məlumatların yığışdırıldığını bildirmiş, yol verilmiş səhvə
görə üzrxahlığını ifadə etmişdir”.

 

Seymur Əliyev  

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler