Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xidmeti maşını 22 defe radara düşen başçını tanıyırsınızmı?

31 Ekim 2016

1:04 pm


31/10/2016 [17:02]: xeber –
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xidməti avtomobili ilə bağlı cərimələr günü gündən artır. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində Asif Əsgərovun «BMW» markalı, 10 AA 814 dövlət nömrə nişanlı xidməti avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb. Onların ümumi cərimə məbləği isə 1400 manatdan çoxdur. Bu cərimələrin yarıdan çoxunda bal nəzərdə tutulduğu üçün avtomobili idarə edən sürücüyə 20-dən artıq bal düşür. Bu isə o deməkdir ki, başçının sürücüsünün sürücülük hüququ məhdudlaşdırıla bilər. Çünki qanunvericliyin tələbinə görə, 20 və daha artıq bal topladıqda nəqliyyat vasitəsini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılır.Qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması, qarşı yola çıxmaq və svetoforun qadağanedici siqnalının tələbini pozmaqla bağlıdır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler