Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xezer denizinde donanma sayı ehemiyyetli derecede artıqdır ve bu veziyyet qış mövsümünde de davam edecek – ARAŞDIRMA

07 Kasım 2016

1:48 pm


07/11/2016 [17:45]: xeber –
Hazırda Xəzər dənizi limanlarında neft və neft məhsullarının daşınmasına istifadə edilməsi üçün rekord sayda tanker cəlb olunub. “Report” məlumat verir ki, yalnız Xəzər dənizi daxilində fəaliyyət göstərən Qazaxıstan, Azərbaycan və Türkmənistan gəmiçilik şirkətlərindən əlavə, regionda Rusiya bayrağı ilə üzən tankerlərin sayı əhəmiyyətli dərəcədə artıb.Çay naviqasiyasının bağlanmasından əvvəl Rusiya gəmiçiləri, adətən, yük olmaması və davamlı daşıma baxımından az riskli regionlarda fəaliyyət göstərməyə üstünlük verərək Xəzər dənizindən ayrılır. Ancaq bu il Rusiya gəmiçilik şirkətlərinin əksəriyyəti donanmalarını Xəzərdə saxlamaq niyyətində olduqlarını bəyan edirlər. Onların arasında “MRP-Tanker” MMC (7 tanker), “MT-Group” (2 tanker), “Palmali” Şirkətlər Qrupu (təxminən 10 tanker), həmçinin “VF Tanker” və “PraymŞippinq” kimi Xəzər dənizindəki ənənəvi oyunçularla (Azərbaycan Xəzər dəniz Gəmiçiliyinin “Kaspar” gəmiləri – 30-dan çox tanker, “KazMorTransFlot” – 8 tanker, Türkmənistan dəniz ticarət donanması – 6 tanker) rəqabət aparmağa hazır şirkətlər var.Lakin bazar təhlili göstərir ki, Xəzər dənizində mal dövriyyəsinin artmasına baxmayaraq, xam neft və neft məhsulları qışda bütün donanmaları işlə təmin etmək üçün kifayət etməyəcək. Bu, istər-istəməz rəqabətin sərtləşməsinə və fraxtın (mal daşınması üçün ödəniş – red.) aşağı düşməsinə gətirib çıxaracaq. Belə ki, bazar iştirakçıları xam neft və neft məhsullarının nəqli dərəcəsinin Türkmənistan – Bakı marşrutu üzrə 7-8 dollara, Türkmənistan – Mahaçqala marşrutu üzrə isə 9-10 dollara qədər azalacağını hesab edirlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler