Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xetai icra başçısının xariqülade “keşfleri” – Ala-bula binalar, icarelik ağaclar…

13 Eylül 2016
9:24 pm


14/09/2016 [01:23]: xeber –
Azərbaycan bir çox sahədə analoqu olmayan ölkədir. Xüsusilə bu ölkənin müxtəlif rayonlarına rəhbərlik edən icra başçılarının “kəşfləri” dünyanın bir çox xalqlarına inanılması mümkün olmayan əfsanələr kimi görünə bilər.Məsələn, bəlkə də dünyada yeganə ölkəyik ki, əvvəl yol salıb, sonra onun altından su, elektrik xətləri keçiririk. Yaxud bir torpaq sahəsini bir neçə adama satmaq ənənəsi də yalnız bizdə görünüb. Hələ onu demirik ki, dövlət adından satılan torpaq sahələri belə, sonradan neft şirkətlərinin balansından çıxır və insanların min bir zəhmətlə ərsəyə gətirdikləri tikililər sökülür, amma buna görə kimsə də məsuliyyət daşımır.Bu qədər xarüqələrin yaşandığı Azərbaycanda bəzən bizim standartlarımıza belə uyğun gəlməyən, eşidənləri təəccübləndirən hadisələr baş verir.Xətai icra hakimiyyətinin rayonda apardığı abadlıq işləri də heç nəyə heyrətlənməyən Azərbaycan insanını mat-məəttəl qoyacaq qəbildəndir.Rayonun İnqilab İsmayılov küçəsi 44 ünvanında yaşayan sakinlərinin Strateq.az-ın redaksiyasına göndərdiyi şikayət məktubuna görə, binalarının bir tərəfi rənglənib, digər tərəfi isə olduğu kimi saxlanılıb. Sakinlər bu qeyri-adi abadlıq hadisəsini icra başçısının tələm-tələsik ölkə rəhbəri İlham Əliyevin pişvazına çıxmasıyla izah edirlər. Bildirildiyinə görə, ölkə başçısı rayonda əsaslı təmir edilən 265 saylı məktəbdə aparılan işlərlə tanış olmağa gəlibmiş. İcra başçısı da onun keçəcəyi yollarda sürprizlərlə qarşılaşmaması üçün qollarını çirmələyib və gözə dəyən binaları restavrasiya etmək fikrinə düşüb. İlk işə isə köhnə binaları rəngləməkdən başlayıb. Di gəl ki, bunu da tam yerinə yetirməyib. Prezidentin keçdiyi yolda açıq şəkildə görünən binalara boya çəkildiyi halda, abrını ağacların örtdüyü evlərə toxunulmayıb.Maraqlıdır ki, şikayətçilərin yaşadığı İnqilab İsmayılov küçəsindəki 44-cü binanın yarısının qabağı ağac sıxlığından görünmədiyindən, Razim Məmmədovun “restavrasiya fəaliyyətindən” də onun yalnız bir hissəsi öz nəsibini ala bilib. Digər hissə isə əvvəlki vəziyyətdə saxlanılıb. Nəticədə həmin bina ala-bula görüntüyə bürünüb.Məlumatı yoxlamaq üçün şikayətçilərin dediyi ünvana yollandıq. Həqiqətən də binanın bir hissəsinin rəngləndiyinin şahidi olduq.Sakinlərin bildirdiyinə görə, Razim Məmmədovun rayonun eyiblərini bu cür nadir “restavrasiya” üsulları ilə ört-basdır etməsinin səbəbi əslində ötən illərdə yürütdüyü “ağac qətliamı”yla bağlı imiş. Belə ki, Razim Məmmədovun rayona rəhbər təyin olunduğu 2006-cı ildən başlayaraq, 2009-cu ilə qədər Xətaidə olduqca sıx olan ağaclar qırılır və  bina tikmək istəyən iş  adamlarına satılırmış. Bu barədə dəfələrlə dövrü mətbuatda yazılar dərc olunub, hətta fakt ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən etiraf  edilib və icra başçısı ciddi tənqidə məruz qalıb.Doğrudan da 2009-cu ilin mətbuat səhifələrini vərəqləyəndə Razim Məmmədovun ağaclara olan “xüsusi qayğısıyla” qarşılaşırıq. “Yeni Müsavat” qəzetinin 24 noyabr 2009-cu il sayında dərc olunan “DAHA BİR İCRA BAŞÇISININ “QƏLƏMİ” QIRILIB”  sərlövhəli məqalədə deyilir: “…R.Məmmədovun vurulması prosesi isə Nizaminin keçmiş icra başçısı Mehbalı Əliyevin vurulması ilə eyni vaxtda başlayıb. İlk dəfə olaraq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezidentin ağacların kəsilməsinə qoyduğu qadağaya Nizami və Xətai rayonlarında əməl olunmadığını, Bakı şəhəri üzrə ən çox yaşıllığın bu rayonlarda məhv edildiyini bildirmişdi”.Məqalədə yaxın  günlərdə Razim Məmmədovun işdən atılacağı xəbərləri də öz əksini tapmışdı.Hətta məlumatlara görə, rayon prokurorluğu belə, icra hakimiyyətinin bu yarıtmaz fəaliyyəti barədə cinayət işi qaldırıb, rayon məhkəməsi isə prokurorun iddiasını təmin edibmiş. Amma hansısa səbəbdən Razim Məmmədovun “qələminin qırılması” proqnozu özünü doğrultmayıb, icra başçısı indiyə qədər öz vəzifəsini qoruyub saxlaya bilib. Kim bilir, bəlkə də bütün bunlar icra başçısının işində yol verdiyi nöqsanları aradan qaldıracağı vədiylə əlaqədər olub.Bəs, icra başçısı öz vədinə nə cür əməl edib?Şikayətçilərin məlumatına görə, Prezident sentyabrın 5-də məktəb açılışına gəldiyi zaman maşın kortejinin keçdiyi bütün yollar ağaclarla əhatə olunubmuş. Yəqin ona görə ki, Razim müəllim ölkə rəhbərinin gözünə verdiyi sözə əməl edən, kəsdiyi ağacları yenidən əkən, təbiəti sevən icra başçısı kimi görünmək istəyirmiş. Di gəl ki, bu “təbiətsevərliyin” ömrü uzun sürməyib. Prezident İlham Əliyev məktəbdən geri qayıtdıqdan sonra həmin ağaclar da yoxa çıxıblar.“Bu, necə olur?” sualımızı cavablandıran sakinlərdən biri bir günün içində boy atıb böyüyən ağacların daha sonra “qeybə çəkilməsinin” sirrini açıqladı: sən demə, Prezidentin keçəcəyi yollara dibçəkdə ağac əkiblərmiş. Hansısa mağazadan alınıb gətirilən həmin ağaclar səfər başa çatdıqdan sonra yenidən çıxarılaraq geri qaytarılıb. Başqa sözlə desək, ağaclar bir neçə saatlığa “arendaya” götürülübmüş.Yəqin ki, irəli sürülən iddiaya inanmadınız. Nə gizlədək, biz də inanmamışdıq. Sakinlər “arendalıq” ağacların torpaqda buraxdıqları izləri göstərəndə Razim Məmmədovun əsrarəngiz işgörmə qabiliyyətinə “bərəkallah” deməkdən başqa sözümüz qalmadı.“Yüz eşitməkdənsə, bir görmək məsləhətdir” məntiqinə uyğun olaraq, dibçək izlərinin şəkilini çəkib siz oxucuları da heyrətləndirmək istədik.Buyurun, şəkillərə baxın, Razim Məmmədovun abadlıq xarüqəsinə siz də təəccüblənin! Heydər OğuzStrateq.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler