Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xestenin qızıl dişine kim tamah salar” – Xestaxanadan açıqlama

13 Ağustos 2016

9:40 am


13/08/2016 [13:39]: xeber –
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası komada
olan xəstənin dişlərinin oğurlanması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

 

Baş həkimin müavini Elçin Quliyev AzNews.az-a
açıqlamasında xəstəxanada komada olan xəstələrin yanında onların yaxın
qohumlarının və tibb bacılarının qaldığını bildirib: “Buna necə inanmaq olar?
Belə bir hadisə olsa xəstənin yaxınları bu xəstəxanada böyük hay-küy
qoparardılar. Hətta onlar xəstəxananın rəhbərliyindən də yuxarılara çıxardı. Xəstənin
yaxını heç bir söz demədən gedir və 10-15 gündən sonra ağızlarına gələni
danışır. Bu xəstəxanaya kifayət qədər komada olan xəstə gətirilir. Onların əksəriyyətinin
ağzında qızıl dişi olur. Necə ola bilər, xəstənin qızıl dişinə kim tamah
salar”.

 

E.Quliyev onu da əlavə etdi ki, bu məlumatı şəxsən
özü araşdırcaq.

 

Qeyd edək ki, Sumqayıt şəhərində insult keçirən
Suraxanı rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qasımov Sumqayıt Təcili
Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyətində
olub. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları dərhal onu Bakıya Mərkəzi
Klinik Xəstəxanaya köçürüblər. MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə
komadan ayıldığı zaman, həyat yoldaşı Qəmər Qasımova xəstənin yanına buraxılıb.
Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum
olub ki, xəstənin qızıldan olan dişləri oğurlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler