Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xerçengden müalice olunan rejissordan xeber var – Fotolar

26 Ekim 2016

8:16 pm


27/10/2016 [00:15]: xeber –
Xərçəngdən müalicə olunan tanınmış rejissor Şahin Zəkizadənin müalicəsinin birinci kursu başa çatıb.Bu barədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə məlumat verib:“Dualarınız və dəstəyiniz üçün hər kəsə minnətdaram. Allah hər şeyi ürəyinizə görə versin. Yoldaşımın 1-ci kurs müalicəsi bitdi. Analizlər götürüldü və cavablar çox sevindirici çıxdı. Bu cavab xəstəliyə bir addım da olsa qalib gəlməkdir. Şahinin xəstəliyi remesiyaya düşdü.Bilməyənlərə qısa məlumat verim ki, qan xərçəngi sümük iliyinə işləyən xəstəlikdir. Allahıma şükür olsun ki, müalicə edildi və sümük iliyi təmiz çıxdı. Tək qanda qaldı. Allahın izni ilə 2-ci kurs müalicəsində də birdəfəlik təmizlənəcək. Ailəmiz adından Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. 2-ci kurs müalicə daha da ağır olacaq. Qarşıda işıqlı gün olacağına görə, bu qaranlıq, çətin yolu keçməliyik. Hər kəsə təşəkkür edirəm”.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler