Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xerçeng xesteliyi milyon il evvel de mövcud imiş…

31 Temmuz 2016

12:52 pm


31/07/2016 [16:48]: xeber –

Alimlər xərçəngin
güman ediləndən çox daha qədim tarixə söykəndiyini sübut ediblər. Belə ki, 1,7 milyon
il əvvələ aid olan insan skeletində xərçəng xəstəliyinin toxuması aşkarlanıb.  

sayt
xəbər verir ki, “South African Journal of Science” jurnalında dərc olunan məqalədə
Cənubi Afrikada bir mağarada yerləşən və təxminən 1,7 milyon il əvvələ aid
olduğu güman edilən insan skeletində xərçəng xəstəliyinin toxumasının
aşkarlandığı yazılıb.

Tədqiqatçılar
Johannesburq yakınlığında Swartkrans mağarasında tapılan skletin ayaq
barmağında nadir görülən və ölümcül bir növ olan “osteosarkoma” sümük
şişinin olduğunu müəyyən ediblər. Beləliklə də  təxminən 120 min il əvvələ aid olan insan
skeletində xərçəng şişi aşkar edilib.

Tədqiqatçı
alim Edvard Odes Swartkrans mağarasındakı skeletin bəşəriyyətin güman ediləndən
daha uzun müddət əvvəl xərçənglə mübarizə apardığını göstərdiyini bildirib.

Witwatersrand
Universitetində çalışan Odes “İnsanlar xərçəngin müasir həyat tərzi və təbii
mühitdəki dəyişiklərlə bağlı olduğunu düşünür. Lakin əldə etdiyimiz tapıntılar xərçəngin
köklərinin demək olar ki, insanlığın tarixi qədər qədim olduğunu göstərir” – deyib.

Qeyd edək ki,
çox sayda skeletin tapıldığı Swartkrans mağarası “Bəşəriyyətin Beşiyi Dünya
İrsi” siyahısında yer alır.

 

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler