Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xerceng xestelerini sevindirecek xeber

01 Aralık 2016

8:16 pm

– xeber –
Rus kimya mütəxəssisləri və Amerikanın Immun Farmasetikals şirkətinin mütəxəssisləri xərçəngin müalicəsində effektiv nəticə əldə edə bilərlər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, onların hissiz xərçəng hüceyrələrini yox etmək özəlliyini özündə ehtiva edən kükürd, hidrokarbon və azot komponentlərini tapdığı məlum olub.
Moskva Fizik və Texnologiya İnstitutundan Aleksandr Kiselyov sözügedən komponentlərin təsadüfən seçilmədiyini deyib:
“Aminotiazolların çoxu geniş farmakoloji və bioloji təsirə malikdir. Buna görə də biz bu sinfə aid komponentlərin xərçəngə qarşı təsir göstərə biləcəyini düşündük”.
Kiselyov və əməkdaşları sürətli və ucuz bir şəkildə xərçəngin müalicəsində istifadə edilməsini təmin edəcək molekul sintez metodundan bəhs ediblər. Rusiyadan olan kimya mütəxəssisləri bu metoddan istifadə edərək 30 ədəd dərman toplayıblar.
Aparılan təcrübələrin nəticəsinə görə, bu molekula oksigen və kükürd elementlərini özündə birləşdirən karbohidrat zəncirinin əlavə edilməsi dərmanların təsir gücünü artırıb, eyni zamanda xərçəng hüceyrələrinin bölünmə müddətini dayandırıb. Bu dərmanların xərçəngin müalicəsində istifadə edilə biləcəyi bildirilib. Daha sonra mütəxəssislər bu komponentin necə təsir etdiyini və bölünən hüceyrələri necə məhv elədiyini araşdıracaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler