Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xerçeng istehsalçıları” iş başındadır” – SOS

06 Ağustos 2016

9:48 am


06/08/2016 [13:45]: xeber –
Azad İstehlakçılar
Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov sayt-a açıqlamasında istehlak
bazarında müşahidə edilən bəzi problemlərə diqqət çəkib. E.Hüseynov bəzi
sahibkarların mövcud toxunulmazlıq mühitindən sui-istifadə edərək insanları zəhərlədiyi,
müxtəlif xəstəliklərə düçar etdiyini bildirib:

“Bu gün ciddi problemlərdən
biri sahibkarlara yaradılmış toxunulmazlıq mühitindən sahibkarların sui-istifadə
edib ölkənin əmtəə bazarını çirkləndirməsidir. Bu, böyük epidemiya və xəstəliklərin
yaranmasına səbəb olan amillərdir. Mən bu barədə lazımi dövlət qurumlarına məlumat
vermişəm. Bildirmişəm ki, sahibkarlar yaranmış situasiyadan sui-istifadə edirlər.

2001-ci ildə Nazirlər
Kabinetinin qərarı ilə bağlanan, filtirsiz siqaret istehsal etməklə insanları
ağ ciyər xərçənginə düçar edən şəxslər yenidən bunun istehsalına başlayıblar. Biz
bu təhlükəli malları xarici ekspertizaya yollamışıq. Sahibkarların bəzisi hesab
edir ki, VÖİN-in olması yetərlidir və onlar zəhər belə istehsal edib sata bilərlər.
Bu gün AİB-nin qarşısında dayanan əsas vəzifələrdən biri filtirsiz siqaret istehsalının
qarşısını almaqdır. Bu, olduqca ciddi problemdir və onun qarşısının alınması həyati
əhəmiyyət kəsb edir ”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler