Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xedice qazamat heyatını bir çox başıpapaqlı kişilerden leyaqetle başa vurub”

03 Kasım 2016

9:36 am


03/11/2016 [13:32]: xeber –
Sabiq polis rəisi,
tanınmış hüquqşünas Mahmud Hacıyev sayt-a açıqlamasında jurnalist Xədicə
İsmayılla bağlı son vaxtlar səsləndirilən tənqidi fikirlərə münasibət bildirib.
M.Hacıyev X.İsmayılla bağlı səsləndirilən tənqidləri əsassız adlandırmaqla
yanaşı, onu ittiham edənləri dəobyektiv olmağa səsləyib:

“Hər şeyin müəyyən bir həddi
var. Mərdi qova-qova namərd etməzlər. Müəyyən yazılmamış peşə qanunları da var.
Eyni peşə sahibkəri bir çox hallarda bir-birlərinə arxa-dayaq olurlar. Çox təəssüflər
olsun ki, bu gün Xədidə İsmayılın üstünə düşənlərin çoxu elə onun öz həmkarlarıdır.
Ona qarşı çıxanlardan biri iddia edir ki, Xədicə xanımın siyahısında siyasi məhbus
kimi çox adamın adı yer alıb və bu, onu göstərir ki, o, iqtidara işləyir. Bu məntiq
və yanaşmanın özü olduqca gülməlidir. Çünki söhbət siyasi məhbuslardan gedirsə,
aydındır ki, onun sayının çox göstərilməsi iqtidarın xeyrinə yox, ziyanınadır. Siyasi
məhbusların az göstərilməsi iqtidarın marağına daha çox cavab verir.

Azərbaycan Rusiya deyil
ki, qərbin şərqdə, şimalın cənibda baş verən ləyaqətsiz işlərdən xəbəri
olmasın. Bu ölkədə kimin əli kimin cibindədir, hamıya məlumdur.

X.İsmayılla bağlı tənqidi
fikir bildirənlərin bəzisi isə ehtimalla vurğulayır ki, ola bilsin ki, o, həbsxanadan
çıxmaq üçün üzərinə müəyyən öhdəlik götürüb. Xədicə bir çox başıpapaqlı kişilərdən
fərqli olaraq qazamat həyatını kişiyana, ləyaqətlə başa vurdu. Bu barədə şəxsən
mən kifayət qədər məlumatlıyam. Kiməsə ittiham elan edəndə ehtimal nəzəriyyəsinə
əsaslanmaq olmaz. Çünki hüquqi işlərdə ehtimalı əkiblər, bitməyib.

Digər siyasi məhbus
siyahıları barəsində öz subyektiv fikrini söyləmək və ya fikir mübadiləsi
aparmaq  nə vaxtdan iqtidara işləmək
hesab olunur? Ümumiyyətlə, oxucuları, xüsusilə də məhkəmə-istintaq işindən,
qazamat həyatından kifayət qədər məlumatlı insanları avam hesab etmək olmaz. Bu
məqamda rəhmətlik Məmməd Arazın bu misrası yada düşür: “Biz niyə bu günə qaldıq,
ay dədə”.

Rəsulzadənin heykəlinə
qarşı hörmətsizlik ediləndə internetdə gənc bir qəzəlxan və meyxana ustadının “kişi
olun kişisiz ə” rədifli bir şeiri yayıldı. Hesab edirəm ki, X.İsmayılla bağlı
indiki situasiyada bu şeirə diqqət etmək yerinə düşər”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler